Məhkəmə qərarları › İş №e-2(043)-1012/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1012/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1012/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 09 oktyabr 2019-cu il tarixli 800821- 207894/10 saylı kredit müqaviləsi üzrə 1627,92 manat əsas borc, 22,47 manat faiz məbləği olmaqla, cəmi 1650,39 manat və 09 oktyabr 2019-cu il tarixli, 800821-207894/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 443,05 manat məbləğində əsas borcu və 6,03 manat faiz borcu olmaqla, cəmi 449,08 manat borcu ümumilikdə hər iki kredit müqaviləsi üzrə 2070,97 əsas borc və 28,50 faiz borcu olmaqla, cəmi 2099,47 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 41,50 məbləğində pulun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, 800821-207894/10 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 1627,92 manat məbləğində və 09 oktyabr 2019-cu il 800821/207894/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 445,92 manat kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 28 fevral 2022-ci il tarixinə borclunun 09 oktyabr 2019cu il tarixli, 800821-207894/10 nömrəli kredit müqaviləsi üzrə 1627,92 manat əsas borc və 22,47 manat faiz borcu olmaqla, cəmi 1650,39 manat məbləğində kredit borcu və 09 oktyabr 2019-cu il tarixli 800821-207894/11 güzəştli kredit müqaviləsi üzrə 443,05 manat məbləğində əsas borcu və 6.03 manat faiz borcu olmaqla, cəmi 449.08 manat kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş şərtlərə və qaydaya kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bank xidməti tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətlərində öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2019-cu il tarixli 800821-207894/10 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 1627,92 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2019-cu il tarixli 800821-207894/11 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 445,92 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 oktyabr 2019-cu il tarixli, 800821-207894/10 nömrəli kredit müqaviləsi üzrə 1627,92 manat əsas borc və 22,47 manat faiz borcu olmaqla, cəmi 1650,39 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 oktyabr 2019-cu il tarixli, 800821-207894/11 nömrəli kredit müqaviləsi üzrə 443,05 manat əsas borc və 6,03 manat faiz borcu olmaqla, cəmi 449,08 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, əsas və faiz borclarının ödənilməsini gecikdirmişdir. Buna görə də məhkəmə 09 oktyabr 2019cu il tarixli 800821-207894/10 saylı kredit müqaviləsi üzrə 1627,92 manat əsas borc, 22,47 manat faiz məbləği olmaqla, cəmi 1650,39 manat və 09 oktyabr 2019-cu il tarixli, 800821- 207894/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 443,05 manat məbləğində əsas borcu və 6,03 manat faiz borcu olmaqla, cəmi 449,08 manat borcun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 41,40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 41,40 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli 800821-207894/10 saylı kredit müqaviləsi üzrə 1627,92 manat əsas borc, 22,47 manat faiz məbləği olmaqla, cəmi 1650,39 manat və 09 oktyabr 2019-cu il tarixli, 800821- 207894/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 443,05 manat məbləğində əsas borcu və 6,03 manat faiz borcu olmaqla, cəmi 449,08 manat borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 2099,47 manat ( iki min doxsan doqquz manat qırx yeddi qəpik) borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 41,40 manat (qırx bir manat, qırx qəpik) dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar