Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1069/2022 31.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması dair iddiası üzrə mülki işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.05.2014-cü il tarixli, 109.LN.3111.06514.R.00024 kredit müqaviləsi üzrə cavabdehdən 233.83 manat kredit borcu, 212.01 manat faiz borcu, 32.85 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,57 manat faiz borcu və 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 509,26 manat borcun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AGBank" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 06 may 2014-cü il tarixli, 109.LN.3111.060514.R.00024 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən cavabdehə 300 (üç yüz) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kartdan istifadə müddəti 31.01.2017-ci il tarixinədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 10.11.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 509,26 manat təşkil edir. Bundan 233.83 manat əsas, 212,01 manat faiz borcu, 32,85 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,57 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.1-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********970 saylı 11.11.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, “AGBank" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə onun arasında bağlanmış 06 may 2014-cü il tarixli, 109.LN.3111.060514.R.00024 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən ona 300 (üç yüz) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Hazırda iddiada qeyd edilən borcu banka olsa da bank vaxtında iddia ilə məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC ilə aralarında kredit müqaviləsi 05.05.2014-cü ildə bağlanmış, kartdan istifadə müddəti 31.01.2017-ci il tarixədək müəyyən edilmişdir. Onun banka sonuncu ödənişi 2015-ci il tarixdə ödənilmişdir. İddiaçı isə müqavilə öhdəlikləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməklə məhkəməyə 14 mart 2022-ci ildə müraciət etmişdir. İddia müddəti ötdüyü üçün məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və iddia müddətinin tətbiqi barədə ərizə təqdim etdi. Məhkəmə izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2014-cü il tarixli, 109.LN.3111.06514.R.00024 kredit müqaviləsindən görünür ki, 300 (üç yüz) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kartdan istifadə müddəti 31.01.2017-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh 11.11.2021-ci ildə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh Bankda olan kredit borcundan sonuncu dəfə 25 may 2015-ci il tarixdə ödəniş etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 10.11.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 509,26 manat təşkil edir. Bundan 233.83 manat əsas, 212,01 manat faiz borcu, 32,85 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,57 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, “AGBank" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 06 may 2014-cü il tarixli, 109.LN.3111.060514.R.00024 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən cavabdehə 300 (üç yüz) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kartdan istifadə müddəti 31.01.2017-ci il tarixinədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 10.11.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 509,26 manat təşkil edir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia müddəti ərzində məhkəmədə cavabdehə qarşı iddia qaldırmamışdır. İddiaçı 14.03.2022-ci ildə iddia qaldırmaqla borcunu tələb etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ondan tələb olunan məbləğ üzrə iddia müddətinin ötdüyünü göstərib tələbə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı 14.03.2022-cu ildə iddia qaldırmışdır, halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan kredit müqaviləsi tərəflər arasında 06 may 2014-cü ildə 31.01.2017-ci il tarixədək müddətinə bağlanmış və tərəflər həmin müddət ərzində kredit müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia üzrə cavabdehdən tələb olunan borc əsaslı olsa da, lakin hazırki mübahisə üzrə iddia müddəti üzrlü səbəblər olmadan ötürüldüyündən və cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ki, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsasına görə rədd edilməli, iddia tələbi isə təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması məqsədilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsasına görə rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(043)-1069/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1069/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver