Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1117/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.03.2021-ci H tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə yaranmış borcu 141.3 əsas, 21.2 manat cərimə, cəmi 162,7 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən. 280 əsas 42 manat cərimə, cəmi 322 manat 07.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 100 manat əsas, 13 manat cərimə, cəmi 113 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 177 manat əsas. 26.3 manat cərimə, cəmi 203.3 manat. 16.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən. 473.8 manat əsas. 71 manat cərimə, cəmi 544.8 manat. 06.02.2021-ci H tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən. 340.1 manat əsas, 51 manat cərimə, cəmi 391.1 manat, ümumilikdə 1739.1 manat borcun və 37.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavahdeh Cavabdeh arasında bağlanmış 13.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Kenwood” markalı ətçəkənə görə 12 ay ödəniş cədvəli üzrə hər 19 manat olmaqla cəmi 219 manat. 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor 9X” markalı mobil telefona və qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər 48 manat olmaqla cəmi 568 manat. 07.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı qol saatına və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər 12 manat olmaqla cəmi 136 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Tefal” markalı doğrayıcıya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 229 manat. 16.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A515” markalı mobil telefona və şarj alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 68 manat olmaqla cəmi 808 manat. 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A415” markalı mobil telefona görə 12 ay- ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla cəmi 688.9 manat, ümumilikdə altı müqavilə üzrə 2648.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 13.03.2021-ci il tarixli müqavilə üzrə 29.10.2021-ci il tarixində 19 manat. 02.02.2021-ci il tarixli müqavilə üzrə 29.10.2021-ci il tarixində 70 manat, 07.03.2021-ci il tarixli müqavilə üzrə 14.07.2021-ci il tarixində 24 manat, 05.03.2021-ci il tarixli müqavilə üzrə 29.10.2021-ci il tarixində 13 manat, 16.02.2021-ci il tarixli müqavilələr üzrə 29.10.2021-ci il tarixində 68 manat, 06.02.2021-ci il tarixli müqavilələr üzrə 29.10.2021-ci il tarixində 80 manat və altı müqavilə üzrə qalıq qalmış 1312.4 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirmişlər ki, cavabdehin gecikdirdi)! günlərin faktiki cərimə borcu altı müqavilə üzrə 2267 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər altı müqavilə üzrə 2267 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin tərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 226.7 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 17.02.2022-ci il tarixədək İddiaçı MMC-nə olan borcu 13.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 141,3 manat əsas. 21.2 manat cərimə, cəmi 162.7 manat. 02.02.2021-ci il tarixli ********* sayh müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 280 manat əsas, 42 manat cərimə, cəmi 322 manat. 07.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 100 manat əsas, 15 manat cərimə, cəmi 115 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 177 manat əsas, 26,3 manat cərimə, cəmi 203,5 manat, 16.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 473,8 manat əsas, 71 manat cərimə, cəmi 544,8 manat, 06.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 340,1 manat əsas, 51 manat cərimə, cəmi 391.1 manat, altı müqavilə üzrə cəmi 1739.1 manat təşkil etmişdir, Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.03.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “Kenwood” markalı ətçəkənə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 19 manat və sonuncu ay 10 manat olmaqla, cəmi 219 manat, 02.02.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “Honor 9X” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat və sonuncu ay 40 manat olmaqla, cəmi 568 manat, 07.03.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “Samsung” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 12 manat və sonuncu ay 4 manat olmaqla, cəmi 136 manat, 05.03.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “Tefal” markalı doğrayıcıya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat və sonuncu ay 8 manat olmaqla, cəmi 229 manat, 16.02.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “Samsung A515” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 68 manat və sonuncu ay 60 manat olmaqla, cəmi 808 manat, 06.02.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi və ödəniş cədvəlinə əsasən, sonuncu, aldığı “Samsung A415” markalı ətçəkənə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 58 manat və sonuncu ay 50,9 manat olmaqla, cəmi 688,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş 13.03.2021-ci il, 02.02.2021-ci il, 07.03.2021-ci il, 05.03.2021-ci il, 16.02.2021-ci və 06.02.2021-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələrinə və onun əlavəsinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İş materiallarına əlavə olunmuş, 13.03.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Fərəcov Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 141,5 manat əsas, 212 manat cərimə, cəmi 353,5 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə olunmuş, 02.02.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 280 manat əsas, 420 manat cərimə, cəmi 700 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə olunmuş, 07.03.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 100 manat əsas, 150 manat cərimə, cəmi 250 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə olunmuş, 05.03.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 177 manat əsas, 265 manat cərimə, cəmi 442 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə olunmuş, 16.02.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 473,8 manat əsas, 710 manat cərimə, cəmi 1183,8 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə olunmuş, 06.02.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Kəpəz Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh Maliyyə arayışından görünür ki, Cavabdeh 17.02.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 340,1 manat əsas, 510 manat cərimə, cəmi 850,1 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 226,7 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 37,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 1512,4 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 1532,4 manat borc pul və məhkəmə xərci qismində 37,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1512,4 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 1532,4 (bir min beş yüz otuz iki manat qırx qəpik) manat borc pul və məhkəmə xərci qismində 37,40 (otuz yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(043)-1117/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1117/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver