Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1291/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 17.09.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 445,9 manat əsas, 66,8 manat dəbbə pulu, cəmi 512,7 manat, 28.07.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 125,4 manat əsas, 18,8 manat dəbbə pulu, cəmi 144,2 manat, ümumilikdə 659,6 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İrşad-Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung A 207" markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 32 manat olmaqla cəmi 573,9 manat, 28.07.2020-ci il tarixli 01062118 saylı müddətli (nisyə) müqaviləsinə əsasən, aldığı “Samsung A 515" markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 941,4 manat, ümumilikdə iki müqavilə üzrə 1515,3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq 17.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 19.04.2021-ci il tarixində 32 manat, 28.07.2020-ci il tarixli 01062118 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 19.11.2021-ci il tarixdə 95 manat ödəniş etmiş və iki müqavilə üzrə cəmi qalıq qalmış 571,3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki dəbbə pulu borcu hər iki müqavilə üzrə 856 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış dəbbə pulu məbləğinin miqdarı hər iki müqavilə üzrə 856 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin dəbbə pulu məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən dəbbə pulu məbləğinin 10%-i, yəni 85,61 manat "xxxx" MMC-nə ödənilməlidir. Beləliklə, cavabdeh 03.03.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 17.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 445,9 manat əsas, 66,8 manat dəbbə pulu, cəmi 512,7 manat, 28.07.2020-ci il tarixli 01062118 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 125,4 manat əsas, 18,8 manat dəbbə pulu, cəmi 144,2 manat, iki müqavilə üzrə cəmi 656,9 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17.09.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “Samsung A 207» adlı malı alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 573,9 manat məbləği 18 ay ərzində hər ay 32 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə dəbbə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 541,9 manat məbləğində pulu 17 oktyabr 2020-ci il tarixdən 17 mart 2022-ci il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. 03.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 17.09.2020-ci il tarixli müqavilə üzrə 128 manat pul ödəmiş, 445,9 manat borcu qalmış, ödənişləri 520 gün gecikdirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28.07.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) “Samsung A 515” adlı malı alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib, 941,4 manat məbləği 18 ay ərzində hər ay 53 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə dəbbə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 941,4 manat məbləğində pulu 28 avqust 2020-ci il tarixdən 28 yanvar 2022-ci il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. 17.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 28.07.2020-ci il tarixli müqavilə üzrə 816 manat pul ödəmiş, 125, 4 manat borcu qalmış, ödənişləri 509 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən aldığı malların qiymətini müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada ödəməyərək öhdəliyini icra etməmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyi icra etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Buna görə də hesablanmış dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 17.09.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 445,9 manat əsas borc, 66,8 manat dəbbə pulu olmaqla cəmi 512,7 manat; 28.07.2020-ci il tarixli, 01062118 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 125,4 manat əsas borc, 18,8 manat dəbbə pulu olmaqla cəmi 144,2 manat, ümumilikdə 656,9 manat (altı yüz əlli altı manat, doqquz qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1291/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1291/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver