Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1313/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.06.2021-ci il tarixli 324587-CNS-23248 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 27 yanvar 2022-ci il tarixə Banka borclu olduğu 2416,27 manat məbləğində əsas borc, 248,16 manat məbləğində faiz borcu və 203,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2867,63 manat pul məbləğinin; 25.06.2021-ci il tarixli 324587-CNS-23628 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 27 yanvar 2022-ci il tarixə Banka borclu olduğu 531,67 manat məbləğində əsas borc, 56,13 manat məbləğində faiz borcu və 68,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 656,40 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 55,24 manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış: 16.06.2021-ci il tarixli 324587-CNS-23248 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2450,00 manat məbləğində; 25.06.2021-ci il tarixli 324587-CNS-23628 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh təmir üçün illik 21 faiz hesablanması şərti ilə 24 ay müddətinə 550,00 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqavilələrinə əsasən verilmiş kredit vəsaitləri tərəflər arasında bağlanmış kredit müqavilələrinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən kart hesabına köçürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin: - 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın müvafiq Cari hesabına köçürmə yolu ilə verilir. - 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh həmin kredit vəsaitlərindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini: - 16.06.2021-ci il tarixli 324587-CNS-23248 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 25 avqust 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 27 yanvar 2022-ci il tarixə 2.416,27 manat məbləğində əsas borc, 248,16 manat məbləğində faiz borcu və 203,20 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 2.867,63 manat məbləğində borcu; - 25.06.2021-ci il tarixli 324587- CNS-23628 №-li “Nağd pul krediti müqaviləsi” üzrə 25 avqust 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 27 yanvar 2022-ci il tarixə 531,67 manat məbləğində əsas borc, 56,13 manat məbləğində faiz borcu və 68,60 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 656,40 manat məbləğində borcu qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 16.06.2021-ci il tarixli 324587-CNS-23248 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC borcalan Cavabdeh istehlak məqsədi ilə illik 22 faiz olmaqla, 36 ay müddətinə 2450 manat ipoteka krediti vermiş, borcalan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, ona hesablanmış faizləri, digər ödənişləri müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, iş materiallarında olan tərəflər arasında bağlanmış 25.06.2021-ci il tarixli 324587-CNS-23228 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC borcalan Cavabdeh təmir üçün illik 21 faiz olmaqla, 24 ay müddətinə 5500 manat kredit vermiş, borcalan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, ona hesablanmış faizləri, digər ödənişləri müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.03.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 16.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2416,27 manat əsas borcu; 248,16 manat faiz borcu; 203,20 manat cərimə borcu, cəmi 2867,63 manat borcu; 25.06.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən isə 531,67 manat əsas borcu; 56,13 manat faiz borcu; 68,60 manat cərimə borcu, cəmi 656,40 manat məbləğində borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı müqavilələr üzrə öhdəliyini yerinə yetirmişdir. Lakin, cavabdeh yuxarıda qeyd edilən kredit və kredit xətti müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və cərimə məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, müqavilə üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2416,27 manat əsas borc, 248,16 manat faiz borcu, 203,20 manat cərimə borcu - cəmi 2867,63 manat borc; 25.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 531,67 manat əsas borc, 56,13 manat faiz borcu, 68,60 manat cərimə borcu - cəmi 656,40 manat borc olmaqla, ümumilikdə 3524,03 manat (üç min beş yüz iyirmi dörd manat üç qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 55,64 manat (əlli beş manat altmış dörd qəpik) pul tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-1313/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1313/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver