Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1449/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 14 iyun 2019-cu il tarixli 800821-44671/11 saylı kredit müqaviləsi üzrə 2.065,95 manat əsas borc, 29,59 manat faiz məbləği olmaqla, cəmi 2095,54 manat və 14 iyun 2019-cu il tarixli, 800821-44671/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 176,29 manat məbləğində əsas borcu və 1,91 manat faiz borcu olmaqla, cəmi 178,20 manat borcu ümumilikdə hər iki kredit müqaviləsi üzrə 2070,97 əsas borc və 28,50 faiz borcu olmaqla, cəmi 2273,74 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 43,14 manat məbləğində pulun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, 800821-44671/11 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 2288,46 manat məbləğində və 14 iyun 2019-cu il 800821-44671/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 200,96 manat kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 13 aprel 2022-ci il tarixinə borclunun 14 iyun 2019-cu il tarixli, 800821-44671/11 nömrəli kredit müqaviləsi üzrə 2.065,95 manat əsas borc və 29,59 manat faiz borcu olmaqla, cəmi 2095,54 manat məbləğində kredit borcu və 14 iyun 2019cu il tarixli 800821-44671/10 güzəştli kredit müqaviləsi üzrə 176,29 manat məbləğində əsas borcu və 1,91 manat faiz borcu olmaqla, cəmi 178,20 manat kredit borcu yaranmışdır. Borcalan Cavabdeh 14 oktyabr 2014-cü il tarixli 800893-0100/14 saylı kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etmədiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(043)-7423/2016 saylı məhkəmə qətnaməsi üzrə Cavabdeh 2472,06 manat məbləğində əsas bоrc, 326,93 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 2828,99 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra heç bir ödəniş aparılmamışdır. X1 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh kredit borcu restrukturizasiya siyahısına düşmüşdür və 183,60 manat məbləğində kompensasiya ödənilmişdir. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək əsas borc üzrə 14 iyun 2019 il tariхli, 800821-44671/11 nömrəli güzəştli krеdit müqaviləsi imzalanmışdır. İcra işinə 20.06.2019-cu il tarixli ərizəyə əsasən xitam verilmişdir. Borcalan Cavabdeh və zamin X3 22 iyul 2014-cü il tarixli 800801-392/14 saylı kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etmədiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli 2(043)- 75765/2016 saylı məhkəmə əmri üzrə cavabdehlər Cavabdeh və X2 3,460.09 manat məbləğində əsas bоrc, 322,14 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 3802,23 manat məbləğində pul vəsaitin tutulması əmr edilmişdir. Məhkəmə əmrindən sonra 3243,01 manat məbləğində ödəniş aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh kredit borcu restrukturizasiya siyahısına düşmüşdür və 16,12 manat məbləğində kompensasiya ödənilmişdir. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək əsas borc üzrə 14 iyun 2019 il tariхli, 800821-44671/10 nömrəli güzəştli krеdit müqaviləsi imzalanmışdır. İcra işinə 20.06.2019-cu il tarixli ərizəyə əsasən xitamverilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş şərtlərə və qaydaya kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bank xidməti tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətlərində öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 27 iyul 2016-cı il tarixli, 2(043)-5765/2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh və X2 3,460.09 manat məbləğində əsas bоrc, 322,14 manat faiz borcu və 20 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 3802,23 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(043)-7423/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehq qızından 2472,06 manat məbləğində əsas bоrc, 326,93 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 2828,99 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2019-cu il tarixli 800821-44671/11 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh qızına 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2288,46 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2019-cu il tarixli 800821-44671/10 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh qızına 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 200,96 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 13 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 14 iyun 2019-cu il tarixli, 800821-44671/11 nömrəli kredit müqaviləsi üzrə 2.065,95 manat əsas borc və 29,59 manat faiz borcu olmaqla, cəmi 2095,54 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 14 iyun 2019-cu il tarixli, 800821-44671/10 nömrəli kredit müqaviləsi üzrə 176,29 manat əsas borc və 1,91 manat faiz borcu olmaqla, cəmi 178,20 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, əsas və faiz borclarının ödənilməsini gecikdirmişdir. Buna görə də məhkəmə 14 iyun 2019-cu il tarixli 800821-44671/11 saylı kredit müqaviləsi üzrə 2.065,95 manat əsas borc, 29,59 manat faiz məbləği olmaqla, cəmi 2095,54 manat və 14 iyun 2019-cu il tarixli, 800821- 44671/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 176,29 manat məbləğində əsas borcu və 1,91 manat faiz borcu olmaqla, cəmi 178,20 manat borcun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 43,14 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 43,14 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli 800821- 44671/11saylı kredit müqaviləsi üzrə 2.065,95 manat əsas borc, 29,59 manat faiz borcu olmaqla, cəmi 2095,54 manat; 14 iyun 2019-cu il tarixli, 800821-44671/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 176,29 manat əsas borc və 1,91 manat faiz borcu olmaqla, cəmi 178,20 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə cəmi 2273,74 manat (iki min iki yüz yetmiş üç manat, yetmiş dörd qəpik) borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43,14 manat (qırx üç manat, on dörd qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-1449/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1449/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver