Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-1486/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi İddiaçı1 ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi «Rabitəbank”ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 16 Oktyabr 2020-cu il tarixli, YSNPU-4629 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 928.68 (doqquz yüz iyirmi səkkiz manat 68 qəpik) manat, faiz-borcuna görə 60,48 (altmış manat 48 qəpik) manat, dəbbə borcuna görə 316,55 (üç yüz on altı manat 55 qəpik) manat, cəmi 1305,71 (bir min üç yüz beş manat 71 qəpik) manat məbləğində pulun və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı «Rabitəbank”ASC-nin nümayəndəsi Aydın Hüseynov məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin, əlavə olunmuş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı1 ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 266-268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı «Rabitəbank”ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 ASC -yə geri qaytarılsın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-1486/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-1486/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver