Məhkəmə qərarları › İş №e-2(043)-1670/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-1670/2020

23.04.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-1670/2020 23.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor MMC-in Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş və Gəncə şəhəri, Kəpəz rayonu, Şeyxzamanov küçəsi, ev 4, mənzil 3 ünvanda qeydiyyatda olan Borclu 732 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə məhkəməəmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx xxxx 2017-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən kreditordan 853 manat dəyərində və xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1129 manat dəyərində məişət avadanlığını əldə etmiş, həmin avadanlığın dəyərini hissə-hissə Kreditor MMC-yə ödəməsini öhdəsinə götürmüşdür. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 732 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2017-ci il tarixili, ******* nömrəli müqavilə üzrə ödənilməmiş 168 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 564 manat olmaqla, ümumilikdə 732 manat əsas (qalıq) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonnra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə iləödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə müqavilə əsasında kreditordan əşyanı almasına dair hüququndan istifadə etməklə əşyanın dəyərinin ödənilməsinə dair vəzifəsini isə tam icra etməmişdir. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəməəmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş və ünvan 1 ünvanda qeydiyyatda olan Borclu 732 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 752 (yeddi yüz əlli iki) manat məbləğində pul tutularaq Kreditor MMC-in xeyrinə ödənilsin. Borclu məhkəməəmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşıəmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar