Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(043)-1675/2020 23.04.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Kreditor MMC (VÖEN:**********) ünvan 1 mənzil 6 ünvanında yaşayan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 mənzil 6 ünvanında qeydiyyatda olan Borclu 620 (AZN) Azərbaycan manatı məbləğində əsas borcun və 20 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 640 (AZN) Azərbaycan manatı məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və sənədlərdən görünür ki, Borclu ilə tələbkar Kreditor MMC (VÖEN:**********) ilə arasında imzalanmış 01.06.2018-ci il tarixli, № 545853 saylı müqaviləyə əsasən borclu Kreditor MMC-dən hissə-hissə ödəniş şərti ilə 1129 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını əldə etmiş, onun 49 (AZN) Azərbaycan manatı məbləğində ilkin ödəniş etmiş və qalan 1080 (AZN) Azərbaycan manat məbləği 12 ay müddətinə aylıq 90 (AZN) Azərbaycan manatı olmaqla Kreditor MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilə şərtlərini pozaraq, müqavilə üzrə borcun ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı qaydada bağlanmış müqaviləyə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1970-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan (tel: ***-***-**-**; ***-***-**-**; ***-***-**-**) Borclu tələbkar Kreditor MMC-nin (ünvan ünvan 3 Az1073 VÖEN:**********, tel ***-***-**-**) xeyrinə 620 (AZN) manat məbləğində əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 640 (altı yüz qırx) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(043)-1675/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(043)-1675/2020
23.04.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver