Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1677/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12653,95 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, Gəncə şəhəri Regional Elektrik şəbəkəsində işləyir. Cavabdehla tanışlıqları işdən olmuşdur. Cavabdeh maddi vəziyyətinin ağır olmasını əsas götürərək və Mahirin özünün banka borcu olduğuna görə ona bankdan pul vermədiklərindən, ondan xahiş etmişdir ki, bankdan kredit götürsün ona köməklik etsin. O da iş yoldaşı olaraq Kapital bankdan 8700 manat pul götürərək ona vermişdir. Bu gün o, evinə pul apara bilmir. Hər ay onun əmək haqqından pul tutulur. Mahirə ona görə inanmışdır ki, onun aylıq əmək haqqı 1000 manat yaxındır. Özü hər ay pulu ödəyəcəkdir. Bu gün o, 8700 manata görə ümumilikdə 12653,95 manat ödəyəcək. Bu günədək ödənişlər onun əmək haqqından tutulmuşdur. Bir dəfə də olsun Cavabdeh tərəfindən ödəniş edilməmişdir. Axırda məcburiyyət qarşısında qalaraq Cavabdeh borcun etirafı barədə qəbz almışdır. Qəbzdə yazmışdır ki, İddiaçı 8700 manat pul alıb X2 vermişdir. O, X3 tanımır. Pulunu Cavabdeh vermiş və ondan istəyir. Onun pulu kiməsə verməsinin ona aidiyyatı yoxdur. Həmçinin bildirir ki, Pənahov X1 ASC-nin Qərb RETS-də aparıcı mühəndis vəzifəsində işləyir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o iddiaçıdan bir dəfə 3000, bir dəfə də 4000 manat olmaqla cəmi 7000 manat borc pul almışdır. Qəbzdə isə 8700 manat göstərmişdir. Ona borc kimi verilən pul məbləği faizlə verildiyindən, qəbzdə iddiaçıdan 8700 manat pul aldığını qeyd etmişdir. İddiaçının həmin pulu Bankdan götürərək ona verməsindən xəbəri olmamışdır. O, iddiaçıdan alınmış puldan müəyyən ödənişlər etmiş və hazırda onun iddiaçıya 4500 manat borcu vardır. Odur ki, iddianın 4500 manat pulun tutulması hissəsində təmin edilib, qalan hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci tarixli Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 8700 manat pul alıb X2 vermişdir. Sonra maraqlanmışdır ki, Ayaz Məmmədov pulu alıb Moskva şəhərinə qaçıb, o həmin pulu ondan alıb İddiaçı qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində göstərilən pul məbləğinin 8700 manat hissəsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 8700 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutunu, yəni cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlə müəyyən olunur ki, qeyd olunan məbləğdə pul iddiaçı tərəfindən cavabdehə borc kimi verilmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan qeyd olunan məbləğdə deyil, sadəcə 7000 manat pul aldığını, lakin iddiaçının istəyi ilə həmin qəbzin tərtib etdiyini bildirmişdir. Lakin, cavabdeh qeyd etdiyi halı, yəni iddiaçı tərəfindən ona faktiki olaraq sadəcə 7000 manat pulun borc kimi verilməsi və həmin pulun 2500 manat hissəsinin qaytarılması və hazırda borcun məbləğinin 4500 manat təşkil etməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilərən imzalanmış qəbzdən görünür ki, 8700 manat iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 8700 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 8700 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən imza edilən xx.xx.2021-ci il tarixli qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 8700 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddiaçı, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsini təqdim edərək, iddia tələbində cavabdehə borc kimi verdiyi 8700 manat pulu bankdan kreditə götürdüyünü, kredit müqaviləsinə əsasən banka ümumilikdə 12653,95 manat pul ödəməli olduğunu (8700 manat əsas borc, 3953,95 manat faiz borcu) bildirərək cavabdehdən 8700 manat əsas borc ilə yanaşı banka ödəməli olduğu 3953,95 manat faiz borcunu da tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 3953,95 manat pulun cavabdehdən tələb edilməsi hissəsində əsassızdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halından görünür ki, iddiaçı cavabdehə borc kimi 8700 manat pul vermişdir. Lakin, iddiaçı həmin pulu cavabdehə borc kimi verərkən ona pulu bankdan kredit kimi götürdüyü barədə məlumat verməsini, cavabdehin pulun bankdan götürülməsindən məlumatlı olmasını, eləcə də borc müqaviləsi bağlanan zaman pulun faizi ilə birlikdə geri qaytarılacağının şərtləşdirilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında buna etiraz edərək, iddiaçının pulu bankdan götürüb ona verdiyini bilmədiyini demişdir. Digər tərəfdən isə məhkəmə hesab edir ki, tərəflər arasında borc kimi verilmiş pulun faizi ilə birlikdə qaytarılması şərtləşdirilmiş olsa idi belə, 8700 manat məbləğində pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsız sayıldığına görə, iddiaçı müqavilə şərtinə isnad edərək borc kimi verilmiş pulun faizini tələb edə bilməz. Çünki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissədə əvəzi kimi 90 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 (doxsan) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-1677/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1677/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver