Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-4008/2020 02.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi nisyə alqı-satqı müqaviləsi üzrə əşyaların qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01/016/19 saylı, xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəyəri 1,737.49 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2018-ci il buraxılışı olan teplo markalı divardan asılan məişət qaz qazanını, 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 1 ədəd qaz şianqı, 1 ədəd qaz vintili, 2 ədəd kollektor kas 1*2 çıxışlı, 2 ədəd lektor asılqanı kas, 13 ədəd boru 16-lıq, 1 ədəd manometr qaz 100 bar, zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdeh Heydarov bar Qoşqar oğlundan alınaraq ona geri qaytarılması, 50 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçı «xxxx» MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə əşyaların qaytarılması və müqavilənin ləğv olunması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərzəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı «xxxx» MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə əşyaların qaytarılması və müqavilənin ləğv olunması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərzəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(043)-4008/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-4008/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver