Məhkəmə qərarları › İş №e-2(043)-872/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-872/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-872/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı X3 "xxxx" ASC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X3 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4047,92 (dörd min qırx yeddi manat 92 qəpik) manat kredit borcunun və 60, 48 manat ödənilmiş dövlət rüsumunun tutularaq X3 "xxxx" ASC-in xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin göstərişinə uyğun işin məhkəmədə baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, iddia tələbi ölmüş şəxsə qarşı verilmişdir. Belə ki, elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh 24.02.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinqə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X3 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun «Cavabdeh» qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar