Məhkəmə qərarları › İş №e-2(043)-917/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-917/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-917/2022 08.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 404,93 manat məbləğində əsas bоrcu və 6 manat faiz borcu оlmaqla, ümumilikdə 410,93 manat məbləğində və 19 iyul 2019 il tariхli, 800821- 181644/11 nömrəli kredit müqaviləsi üzrə 1848,46 manat məbləğində əsas bоrcu və 26,65 manat faiz borcu оlmaqla, ümumilikdə 1875,11 manat məbləğində borcun və 43,27 manat məbləğində dövlət rüsumunun müştərək tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 422,20 manat məbləğində, 19 iyul 2019 il tariхli, 800821-181644/11 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1893,21 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli və 19 iyul 2019 il tariхli, 800821-181644/11 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli və 19 iyul 2019 il tariхli, 800821- 181644/11 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 23 fevral 2022-ci il tarixinə cavabdehin 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 404.93 manat məbləğində əsas bоrcu və 6 manat faiz borcu оlmaqla, ümumilikdə 410,93 manat məbləğində kredit bоrcu və 19 iyul 2019 il tariхli, 800821-181644/11 nömrəli kredit müqaviləsi üzrə 1,848.46 manat məbləğindəəsas bоrcu və 26.65manat faiz borcu оlmaqla, ümumilikdə 1,875.11 manat məbləğində kredit bоrcu yaranmışdır. Borcalan Cavabdeh2 və Cavabdeh1 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca icra etmədiklərindən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10 aprel 2017-cı il tarixli 2(043)-3579/2017 saylı məhkəmə əmri üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 422.20 manat məbləğində əsas bоrcu və 12.90 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 455.10 manat məbləğində pul vəsaitin tutulması əmr edilmişdir. Məhkəməəmrindən sonra heç bir ödəniş aparılmamışdır. AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu restrukturizasiya siyahısına düşmüşdür. Fərmana əsasən kredit borcu üzrəfaiz borc silinərək əsas borc üzrə 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli güzəştli krеdit müqaviləsi və 19 iyul 2019 il tariхli, 800821-181644/10 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. İcra işinə 22.07.2019-cı il tarixli ərizə əsasında xitam verilmişdir. Borcalan Cavabdeh2, Cavabdeh1 və X2 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqavilələri üzrə öhdəliyi lazımınca icra etmədiklərindən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 iyun 2017-cı il tarixli 2(043)-3591/2017 saylı məhkəmə qətnaməsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 2,721.21 manat məbləğində əsas bоrcu və 249.59 manat faiz borcu, 30 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 3,000.80 manat məbləğində pul vəsaitin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra 828 manat məbləğində ödəniş aparılmışdır. AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu restrukturizasiya siyahısına düşmüşdür. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək əsas borc üzrə 19 iyul 2019 il tariхli, 800821-181644/11 nömrəli güzəştli krеdit müqaviləsi və 19 iyul 2019 il tariхli, 800821-181644/11 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. İcra işinə 22.07.2019- cı il tarixli ərizə əsasında xitam verilmişdir. Güzəştli krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 19.07.2019-cu il tarixli, 800821-181644/10 saylı Güzəştli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci və 2-ci bəndlərinə əsasən Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun 422,20 manat qalıq məbləğini, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə borcana vermiş, borcalan isə krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 19.07.2019-cu il tarixli, 800821-181644/11 saylı Güzəştli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci və 2-ci bəndlərinə əsasən Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun 1893,21 manat qalıq məbləğini, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə borcana vermiş, borcalan isə krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqavilələrinin 4.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (zamin) arasında 19.07.2019-cu il tarixli, 800821-181644/11 nömrəli və 19.07.2019-cu il tarixli, 800821-181644/10 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrin şərtlərinə əsasən zamin İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanan 19.07.2019-cu il tarixli, 800821-181644/11 nömrəli və 19.07.2019-cu il tarixli, 800821-181644/11 nömrəli Güzəştli kredit müqavilələri üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, 19.07.2019-cu il tarixli 800821- 181644/10 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 23.02.2022-ci il tarixə 404,93 manat əsas borcu və 6 manat faiz borcu olmaqla, cəmi 410,93 manat borcu mövcuddur. İş materiallarında olan maliyyə arayışından görünür ki, 19.07.2019-cu il tarixli 800821- 181644/11 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 23.02.2022-ci il tarixə 1848,46 manat əsas borcu və 26,65 manat faiz borcu olmaqla, cəmi 1875,11 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında güşətli kredit müqavilələri bağlanmışdır. Bu müqavilələrə görə iddiaçı cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğlərinin ödənilməsi məqsədi ilə 5 il müddətinə illik bir faiz dərəcəsi ilə 420,20 manat və 1893,21 manat kredit vermişdir. Lakin cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faizin ödənilməsini ondan tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqavilələri üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh2 hər iki kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Sayad İbrahimov kredit müqavilələri üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, cavabdeh Sayad İbrahimov onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, iddia tələbində göstərilən pul məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,27 manat dövlət rüsumu və bank xərci də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 19.07.2019 il tariхli, 800821-181644/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə yaranmış 404,93 manat əsas bоrc və 6 manat faiz borcu - cəmi 410,93 manat pul və 19.07.2019 il tariхli, 800821-181644/11 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1848,46 manat məbləğində əsas bоrc və 26,65 manat faiz borcu - cəmi 1875,11 manat pul olmaqla, ümumilikdə 2286,04 manat (iki min iki yüz səksən altı manat dörd qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,27 manat (qırx üç manat iyirmi yeddi qəpik) pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar