Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1053/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X2 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı borcun tutulması barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 1671.55 manat əsas, 5.77 manat faiz, 0.29 manat cərimə, cəmi 1677.61 manat borc, 4.80 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri və 36.82 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.01.2020-ci ildə X2 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə bank cavabdehə istehlak yönümlü 1895 manat məbləğində pul ayırmışdır və o, 60 ay müddətinə kreditin əsas məbləği və ona illik 1 faiz dərəcəsi olmaqla hesablanmış faizlərin razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X2” QSC müqavilə üzrə üzərinə düçən öhtəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsini kredit kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhtəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2” QSC-yə olan borcu 1671.55 manat əsas, 5.77 manat faiz, 0.29 manat cərimə, cəmi 1677.61 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 15.01.2020-ci il tarixli güzəştli kredit və zaminlik haqqında müqaviləsinin surətindən görünür ki, Cavabdeh X2 Azərbaycan Qapalı Səhmdar Cəmiyyəti (QSC) -dən 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 1895 manat məbləğində kredit götürmüşdür. - 30.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1671.55 manat əsas, 5.77 manat faiz, 0.29 manat cərimə, cəmi 1677.61 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən X2 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 15.01.2020-ci il tarixli Kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 36.82 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1671.55 manat əsas, 5.77 manat faiz, 0.29 manat cərimə, cəmi 1677( min altı yüz yetmiş yeddi ) manat 61 (altmış bir) qəpik borc, 4.80 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri və 36 (otuz altı) 82 (səksən iki) manat dövlət rüsumu tutularaq X2 Azərbaycan Qapalı Səhmdar (QSC) Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1053/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1053/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver