Məhkəmə qərarları › İş №e-2(044)-1156/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1156/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1156/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 800804-760 766/3 saylı kredit müqaviləsi üzrə 6251.12 manat məbləğində əsas borc, 875.01 manat faiz borcu, cəmi 7126.13 manat və ödənilmiş 91.67 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 7128.00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə 7126.13 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli 800804-760766/3 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 7128.00 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə banka əsas borc üzrə 6251.12 manat, faiz borcu üzrə 875.01 manat, cəmi 7126.13 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, İddiaçı ASC tərəfindən iddia tələbinin məhkəmədə baxılmasına görə ödəniləcək dövlət rüsmunun miqdarı 91.26 (doxsan bir manat iyirmi altı qəpik) manat ödənilməli olduğu halda, iddiaçı tərəfindən 91.67 (doxsan bir manat altmış yeddi qəpik) manat dövlət rüsumu tələb olunmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 6251.12 manat, faiz borcu üzrə 875.01 manat, cəmi 7126.13 manat və ödənilmiş 91.26 (doxsan bir manat iyirmi altı qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 6251.12 manat, faiz borcu üzrə 875.01 manat, cəmi 7126.13 manat və ödənilmiş 91.26 (doxsan bir manat iyirmi altı qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar