Məhkəmə qərarları › İş №e-2(044)-1166/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-1166/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-1166/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc 84.08 manat, faiz borcu 36 manat, 1.03 manat cərimə, cəmi 107.47 manat borcun, 0.40 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatda olduğu ünvanı Gəncə şəhəri Nizami rayonu ərazisinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Elektron Məhkəmə Sistemindən məlum olur ki, Cavabdeh qeydiyyatda olduğu Gəncə Şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanı Kəpəz rayonunun inzibati ərazisinə aiddir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Gəncə şəhəri Nizami rayonu ərazisinə aid olmadığından ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Kəpəz Rayon Məhkəməsinə müraciət edə bilər və ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar