Məhkəmə qərarları › İş №e-2(044)-1211/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1211/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1211/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı xeyrinə 3192.87 manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, həmin fərdi yaşayış evini Gəncə şəhəri 2 saylı notariat ofisində təsdiq olunmuş 22 iyul 2019-cu il tarixli 4Ə-229 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Alqısatqı müqaviləsi imzalanan zaman cavabdeh evə görə olan kommunal borclarını sentyabr ayına kimi ödəyərək ona borcunun olmaması barədə arayışlar verəcəyinə söz vermişdir.Həmin vaxt cavabdehi əvvəlcədən tanımadığı üçün ona inanmış, müqaviləyə əsasən ona ödəməli olduğu pulu ona vermişdir.Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh bu günə kimi evə olan kommunal borclarını ödəməmişdir. Evi satan zaman cavabdehin qazdan istifadəyə görə 1274 manat 41 qəpik, su və kanalizasiyadan istifadəyə görə 1824 manat 51 qəpik, məişət tullantılarının zərərsizləşdirilməsinə görə 94 manat 20 qəpik, cəmi 3192.87 manat borcu qalmışdır.Hazırda həmin məbləği ondan tələb edirlər.Cavabdeh aralarındakı razılaşmanı könüllü şəkildə icra etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri əsas gətirərək, Cavabdeh İddiaçı xeyrinə 3192.87 manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə etdiklərini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 18 nömrəli ünvanda 0.0392 ha torpaq sahəsində yerləşən evi Cavabdeh 22.07.2019-cu il tarixdə AN-İ № ******* saylı alqı-satqı yolu ilə almışdır. İş materiallarında olan Azərsu ASC Gəncə rayon sukanal idarəsinin hesab fakturasından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 18 nömrəli ünvanda 1824.26 manat qalıq borcu vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 18 nömrəli ünvanında 15.03.2013-cü il tarixdə quraşdırılmış GPG12443463 smart sayğacda 09/2019-cu il tarixə qalıq borc 1274.41 manat təşkil edir. İş materiallarında olan Gəncə şəhər MKTİB-nin 9940 saylı bildiriş vərəqəsindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 18 nömrəli ünvanında 94.20 manat ödənilməmiş məbləğ qalmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 18 nömrəli ünvanda 0.0392 ha torpaq sahəsində yerləşən ev xüsusi mülkiyyət kimi İddiaçı adına dövlət reyestrində 143 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, İddiaçı iddia tələbi təmin edilməli və Cavabdeh iddiaçının xeyrinə 3192.87 manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3192.87 (üç min yüz doxsan iki manat səksən yeddi qəpik) manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar