Məhkəmə qərarları › İş №e-2(044)-1228/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1228/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1228/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.05.2021-ci il tarixli 318688-CNS-22333 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 27 yanvar 2022-ci il tarixə Banka borclu olduğu 3.403,20 AZN məbləğində əsas borc, 345,76 AZN məbləğində faiz borcu və 170,50 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 3.919,46 AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,19 AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.05.2021-ci il tarixli 318688-CNS-22333 №-li “Nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh təmir üçün illik 23 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3.500,00 AZN məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən kart hesabına köçürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 18.05.2021-ci il tarixli 318688-CNS-22333 №-li “Nəğd pul krediti müqaviləsinin 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Cavabdeh həmin kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 20 sentyabr 2021-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 27 vanvar 2022-ci il tarixə 3.403,20 AZN məbləğində əsas borc, 345,76 AZN məbləğində faiz borcu və 170,50 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 3.919,46 AZN məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 18.05.2021-ci il tarixli 318688-CNS-22333 №-li “Nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 3600 manat pulu 23 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3.500,00 AZN məbləğində kredit verilmişdir. - 19.03.2021-ci il tarixli X1 ödəmə kartının alınması, buraxılışı və bank hesabının açılması haqqında ərizədən görünür ki, Cavabdeh AZ46VTBA**********8688AZN001hesab nömrəli X2 kartı açılmışdır. - Tərəflər arasında bağlanmış 18.05.2021-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 60 ay ərzində hər ay 98.76 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 27 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bank VTB ASC-yə 18.05.2021-ci il tarixli 318688-CNS-22333 №-li “Nağd pul krediti müqaviləsi üzrə banka 3403,20 AZN məbləğində əsas borc, 345,76 AZN məbləğində faiz borcu və 170,50 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 3919,46 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 59,19 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 3403,20 AZN məbləğində əsas borc, 345,76 AZN məbləğində faiz borcu və 170,50 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 3919 (üç min doqquz yüz on doqquz) manat 46 (qırx altı) qəpik, 0.40 manat xidmət haqqı və 59 (əlli doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar