Məhkəmə qərarları › İş №e-2(044)-167/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-167/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-167/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5060.86 ABŞ dolları, faiz borcu üzrə 5636.95 ABŞ dolları, cəmi 14180.17 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2015-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 30 ay müddətinə 11612 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, nəticədə cavabdehin banka cəmi 5070.09 manat məbləğində borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 18.03.2015-ci il tarixli DP/34124/50/29 saylı kredit sazişi müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 30 ay müddətinə 11612 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 2(043)-357/2021-ci il tarixli qətnamənin surətindən görünür ki, Gəncə şəhəri 5 saylı Notariat ofisi (Kontoru) tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 8İ-3505 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2021-cil tarixli 9/9021 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstəriənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 18.03.2015-ci il tarixli DP/34124/50/29 saylı kredit sazişində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 18 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 11537.18 ABŞ dolları məbləğində (əsas borc üzrə 8162.70 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları) borcu müəyyən edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 19.04.2019-cu il tarixdə 3100.55 ABŞ dolları məbləğində ödəniş (kompensasiya) edilmişdir. 3100.55 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındığı təqdirdə 8436.63 (11537.18 – 3100.55) məbləğində borcu (əsas borc üzrə 5062.15 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları) qalacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5060.86 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları, cəmi 8435.34 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh1 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5060.86 ABŞ dolları, faiz borcu üzrə 3374.48 ABŞ dolları, cəmi 8435.34 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh1 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar