Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1677/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Zamin2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada onun xeyrinə 1014-MB/653 saylı 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1992 manat əsas, 960 manat faiz, 20 manat dəbbə pulu, cəmi 2972 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.09.2018-ci il tarixli, e-2(044)- 4565/2018 saylı məhkəmə əmrinə əsasən 1014-MB/653 saylı 14.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 2972 manat pulun və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Borclular Zamin1 və Zamin2 ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2(044)-1677/2021 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu X2 Cavabdeh AZ-İ № seriyalı, 728084 nömrəli ölüm haqqında şəhadətnaməsini təqdim etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(044)1677/2021 saylı qərardadına əsasən Cavabdeh vəfat etdiyi üçün ona aid hissədə mülki işə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit 14.03.2014-cü il tarixli № 1014- MB/653 saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 29 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 manat məbləğində kredit götürmüşdür. O, kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Onun kredit razılaşması üzrə götürdüyü kredit borcundan 2972 manat borcu qalmaqdadır. Eyni zamanda Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanmış və bu müqavilələrə əsasən zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdürlər. İddiaçının Cavabdeh vəfat etməsindən məlumatı olmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Zamin2 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Zamin1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit 14.03.2014-cü il tarixli № 1014-MB/653 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. - Girov müqaviləsinin əlavəsindən görünür ki, 9 mart 2014-cü il tarixli aktda 100 manat dəyərində divan dəsti, 120 manat dəyərində TV LG, 200 manat dəyərində Divar mebeli, 90 manat dəyərində stol dəsti, 20 manat dəyərindəçarpayı, 30 manat dəyərində TV samsung, 100 manat dəyərində soyuducu indesit, 150 manat dəyərində mətbəx mebeli, 300 manat dəyərində yataq dəsti İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. - 14.03.2014-cü il tarixli, 1414-ZM/653.2 saylı zaminlik müqaviləsindən görünür ki, 14.03.2014-cü il tarixli № 1014-MB/653 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Zamin1 arasında müqavilə bağlanmış və borclu Cavabdeh Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 14.03.2014-cü il tarixli, 1014-ZM/653.1 saylı zaminlik müqaviləsindən görünür ki, 14.03.2014-cü il tarixli № 1014-MB/653 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə X3 arasında müqavilə bağlanmış və borclu Cavabdeh Əjdə oğlunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdehlər Zamin1 və Zamin2 borclu Cavabdeh iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Buna görə də iddiaçının onlardan kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən cavabdehlər Zamin1 və Zamin2 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdehlər Zamin1 və Zamin2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 14.03.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış zaminlik müqaviləsinin müddəti 14.03.2016-cı il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni 14.03.2017-cu il tarixə qədər kreditor İddiaçı ASC zaminlər Zamin1 və Zamin2 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdehlər Zamin1 və Zamin2 qarşı iddia tələbi əsassız olduğuna görə də rədd edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) aymüddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1677/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1677/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver