Məhkəmə qərarları › İş №e-2(044)-1681/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1681/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1681/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2nun və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2na və Cavabdeh1na qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1na qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2ndan və Cavabdeh1ndan müştərək qaydada əsas borc üzrə 5322.95 manat, faiz borcu üzrə 2986.28 manat, cərimə 73.54 manat, cəmi 8392.77 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 2(044) - 4906/2018 saylı məhkəmə əmri ilə cavabdehlər Cavabdeh2ndan və Cavabdeh1ndan cəmi 8392.77 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 2(044) -1681/2021 saylı qərardadı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 2(044) - 4906/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışı təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2015-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2na 60 ay müddətinə 5708.59 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsinin tələblərini pozaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan 25.12.2015-ci il tarixli RO/40831/55/29 nömrəli kredit sazişindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2na 5708.59 manat məbləğində kredit verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01.10.2021-ci il tarixli 4/1300 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 adından olan 25 dekabr 2015-ci il tarixli RO/40831 saylı kredit sazişində “Müştəri: Cavabdeh2” qrafası qarşısındakı imza və 25.12.2015-ci il tarixli 3015 nömrəli kassa məxaric orderində “Orderdə yazılan məbləği aldım” qrafası qarşısındakı imza Cavabdeh2, “Zamin Cavabdeh1” qrafası qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndan müştərək qaydada əsas borc üzrə 5322.95 manat, faiz borcu üzrə 2986.28 manat, 73.54 manat cərimə, cəmi 8392.77 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumu ödənilməmiş 10 (on) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 126 manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2ndan və Cavabdeh1ndan müştərək qaydada əsas borc üzrə 5322.95 manat, faiz borcu üzrə 2986.28 manat, 73.54 manat cərimə, cəmi 8392.77 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2ndan və Cavabdeh1ndan müştərək qaydada dövlət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Cavabdehlər Cavabdeh2ndan və Cavabdeh1ndan müştərək qaydada keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 126 manat tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ 34CTRE********************) hesabına keçirilməlidir. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar