Məhkəmə qərarları › İş №e-2(044)-244/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-244/2022

14.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-244/2022 14.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi ilə, İddiaçı (KATV1) MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (KATV1) MMC-ti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (KATV1) əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 179.19 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüququ xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 359.59 manat məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı (KATV1) MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir.Bakı şəhərində yerləşən rayonlarda o, cümlədən Binəqədi rayonu ərazisində son zamanlar bir sıra vətəndaşlar İddiaçı MMC-ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC-ti ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 106 saylı MİKS tərəfindən verilmiş 26.07.2017-ci il tarixli 25 saylı arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 1 ünvanının sahibidir. Cavabdeh əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 01.04.2010-cu il tarixdə müqavilə bağlanmışdır və cavabdeh tərəfindən son abunə haqqı 01.12.2014-cü il tarixədək ödənilmiş və bağlanmış müqavilə münasibətlərinə 21.02.2015-ci il tarixdə son qoyularaq həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Bundan sonra 14.06.2017-ci il tarixli 6633 saylı akt tərtib edilənədək qeyd edilən ünvana 25.12.2015-ci il tarixdə sonuncu dəfə baxış keçirilmişdir. Daha sonra yəni 14.06.2017-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV” kabel televiziyasının əməkdaları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6633 N saylı 14.06.2017-ci il tarixli akt tərtib olunmuş və həmin aktdan görünür ki, cavabdeh KATV1 kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-nə 179.19 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı MMC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, iddia ərizəsində qeyd edilən halları izahatları kimi qəbul edib, mülki işə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, cavabdehin məhkəmə iclasında ştirakı mümkün olmadığı halda işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialların araşdırıb sübutları məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 14.06.2017-cı il tarixdə Bakı şəhərində tərtib olunmuş 6633 saylı AKT-dan görünür ki, "xxxx" hüquqi yardım firmasının nümayəndəsi Şahin Məmmədov, "xxxx" MMC-nin nümayəndəsi Hikmət Ələsgərovun və “TR” mütəxəssisi Rəşad Abdullayevin iştirakı ilə ünvan 2 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 19 saylı mənzilnin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə açan olmamış, akt və bildiriş mənzilin qapısına qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 17.12. 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. 05.10.2021-ci il tarixli mədaxil orderindən görünür ki, "xxxx" MMC-nin (VOEN **********) hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 179.19 manat abunə haqqı, hüququ xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, cəmi 359.59 manat məbləğində pul iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 179.19 manat abunə haqqı, hüququ xidmətlər üçün ödənilmiş 150 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, cəmi 359.59 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar