Məhkəmə qərarları › İş №e-2(044)-256/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-256/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-256/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli 143069-CNS-16194/2 №li “Nəğd pul krediti müqaviləsi”nə əsasən 30 iyun 2021-ci il tarixə Banka borclu olduğu 7.305,00 manat məbləğində əsas borc, 24.12 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7.329,12 manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 93.29 manat dövlət rüsumunun və onun ödənilməsi üçün 0.40 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.03.2015-ci il tarixli 143069-CNS-16194 №li “Nəğd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 8.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 03.03.2015-ci il tarixli 143069-CNS-16194 №li “Nəğd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 29.09.2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh 29 sentyabr 2015-ci il tarixə mövsud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilmiş və 8.702 manat məbləğində müəyyən edilmiş, Cavabdeh isə həmin kredit məbləğini 60 ay müddətinə, 29.09.2020-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə illik 28 faiz ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh 03.03.2015-ci il tarixli 143069-CNS-16194 №li “Nəğd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 29.09.2015-c il tarixli 1 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restruktruzasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında 28.11.2019-cu il tarixli 143069-CNS- 16194/2 №li “Nəğd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 7.670,60 manat məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini 60 ay müddətinə qaytarmağı və kreditdən istifadəyə görə illik 1 faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 01 mart 2021-ci il tarxidən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 30 iyun 2021-ci il tarixə 7.305,00 manat məbləğində əsas borc, 24.12 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7.329,12 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 03.03.2015-ci il tarixli 143069-CNS-16194 №li “Nəğd pul krediti müqaviləsi”ndən görünür ki, bank Cavabdeh 8500 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açmış, sonuncu isə krediti qəbul edib Müqavilədə müəyyən olunan şərtlərlə və qaydada istifadə edərək qaytarmağı, həmçinin kreditdən istifadəyə görə illik 24 faiz ödəməyi öhdəsinə götürmüşdür. - 03.03.2015-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, A.Y.Abbaovaya bank tərəfindən 8246 ABŞ dolları məbləğində pul verilmişdir. - 03.03.2015-ci il tarixli 143069-CNS-16194 №li “Nəğd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 29.09.2015-ci il tarixli 1 saylı Razılaşmadan görünür ki, Cavabdeh banka 29.09.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilmiş və 8.702 manat məbləğində müəyyən edilmiş, Cavabdeh isə həmin kredit məbləğini 60 ay müddətinə, 29.09.2020-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə illik 28 faiz ödəməyi öhdəsinə götürmüşdür. - 28.11.2019-cu il tarixli 143069-CNS-16194/2 №li “Nəğd pul krediti müqaviləsi”nin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı illik 1 faizlə 60 ay müddətinə 7670.60 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 30.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 30 iyun 2021-ci il tarixə kredit müqaviləsinə əsasən 7.305,00 manat məbləğində əsas borc, 24.12 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7.329,12 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 28.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7.305,00 manat əsas, 24.12 manat faiz, cəmi 7.329,12 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 93.29 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.11.2019-cu il tarixli “Nağd pul krediti müqaviləsi”nə əsasən 7.305 manat əsas, 24.12 manat faiz, cəmi 7329 (yeddi min üç yüz iyirmi doqquz) manat 12 (on iki) qəpik məbləğində borc, 93 (doxsan üç) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar