Məhkəmə qərarları › İş №e-2(044)-2569/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-2569/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-2569/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-ti Cavabdeh oğluna qarşı «pul» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2284.38 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 5417/2018 saylı məhkəmə əmri ilə Cavabdeh oğlundan 2284.38 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması məhkəmə əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-5417/2018 saylı qərardadı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-5417/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışı təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli abunə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 24 ay müddətində hər ay 139 manat ödəmək şərti ilə cavabdehin istifadəsinə verilmiş ********** nömrəsi “İphone 7” mobil telefon kompaniyasına qoşulmuş, telefon cihazının güzəştli şərtlərlə satışına dair “iPhone 7.32 GB blak” mobil telefon cihazı əldə etmişdir, cavabdeh müqavilə üzrə üzərinə düşən yerinə yetirməmiş və iddiaçıya olan borcu ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirkı olmadan baxılmasını mümkün hesab edti. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli Abunə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMCti ilə Cavabdeh oğlu oğlu arasında ********** nömrəsi “İphone 7” mobil telefon kompaniyasına qoşulması barədə Abunə müqaviləsi bağlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh oğlunun Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq ********** nömrəsi üzrə 2284.37 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 2284.37 (iki min iki yüz səksən dörd manat otuz yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 2284.37 (iki min iki yüz səksən dörd manat otuz yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh oğlundan dövlət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar