Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-2638/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı “pul məbləğinin ödənilməsi tələbi üzrə məhkəmə əmrinin verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m : Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 1620 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəlləsinin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən məhkəmə tərəflərin məhkəmə iclasında iştirak etməmələrini üzrsüz sayır və hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı “pul məbləğinin ödənilməsi tələbi üzrə məhkəmə əmrinin verilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(044)-2638/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-2638/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver