Məhkəmə qərarları › İş №e-2(044)-27/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-27/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-27/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC borclu Cavabdeh qarşı məhkəməyə ərizə verərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə borcludan 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli e-2(044)- 3586/2018 saylı məhkəmə əmri ilə borclu Cavabdeh "xxxx" ASC-nin xeyrinə 35072.15 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh məhkəməyə etiraz edərək, məhkəmə əmrinin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Həmin etiraz təmin edilərək 27.06.2018-ci il tarixli e-2(044)-3586/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə bank tərəfindən borclu Cavabdeh illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bunun nəticəsində cavabdehin banka 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirdi. İş üzrə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26.11.2007-ci il tarixli, 872(İ)saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcalana illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu 07 dekabr 2020-ci il tarixinə əsas borc üzrə 15677.01 ABŞ dolları, faiz borcu üzrə 25142.02 ABŞ dolları, cərimə üzrə 1690.09 ABŞ dolları, əldən çıxmış fayda üzrə(əsas borca hesablanmış 5%) 13.15 ABŞ dolları, ümumilikdə 42522.27 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2021-ci il tarixli, 9/3602 saylı rəydən görünür ki, iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları və 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 07 dekabr 2020-ci il tarixinə Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 15677.01 ABŞ dolları, 25142.02 ABŞ dolları, cəmi 40819.03 ABŞ dolları məbləğində müəyyən edilir. Eyni zamanda qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda 26 noyabr 2007-ci il tarixli, 872(İ) nömrəli kredit müqaviləsi üzrə borclunun banka olan 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimənin düzgün hesablanıbhesablanmaması haqqında sual qoyulsa da, təqdim edilmiş iş materiallarında qeyd edilən iddia məbləğlərini əks etdirən maliyyə arayışı və yaxud iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə öz əksini tapmamışdır. Bu səbəbdən də hazırki tədqiqtla hesablamalar iş materiallarında olan 07.12.2020-ci il tarixli maliyyə arayışının tarixinədək aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən borcalana illik 16% ödənilməsi şərtilə 156 ay müddətinə 68000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh öhdəliklərini lazımınca icra etməmiş və onun kreditora 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 497.15 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 35072.15 ABŞ dolları borcu yaranmışdır. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Borc tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Həmçinin borcalan kredit müqaviləsi üzrə borc məbləğini mübahisələndirdiyi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 13.07.2021-ci il tarixli, 9/3602 saylı rəyi ilə müəyyən edilmişdir ki, 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə olan borcu (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 15677.01 ABŞ dolları, 25142.02 ABŞ dolları, cəmi 40819.03 ABŞ dolları təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği iddia ərizəsində göstərilmiş əsas borcun məbləğindən çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas və faiz borcu həmin müqavilə üzrə iddia tələbinə uyğun tutulmalıdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri) Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert rəyi kifayət qədər əsaslandırılmış, kredit müqaviləsinin şərtləri, hesabdan çıxarışlar və edilmiş ödənişlər nəzərə alınmaqla nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhtəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızdıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən hesablanmış 497.15 ABŞ dolları məbləğində cərimə borcu yüksək olduğu üçün, cərimə pulu 50(əlli) ABŞ dolları məbləğinədək azaldılmalı və iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə, ümumilikdə isə 34.625 ABŞ dolları borc ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya verilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 150 manat pul vəsaiti Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28.12.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.11.2007-ci il tarixli 872(İ) saylı kredit müqaviləsi üzrə 15677.01 ABŞ dolları məbləğində əsas borc, 18897.99 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 34.625 ABŞ dolları borc ödəniş vaxtına manatın məzənnəsi üzrə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 10.11.2021-ci il tarixli və 23.08.2021-ci il tarixli rəylər üzrə 150 (yüz əlli) manat pul Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595ə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar