Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-30/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bank of X5 Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun tutulması barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli № BAL0781817/13 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 999.89 manat əsas pul, 478.96 manat faiz borcu, 48.25 manat dəbbə pulu olmaqla cəmi 1527.10 manat pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3316/2018 saylı məhkəmə əmrinə əsasən Cavabdeh 1527.10 manat borcun 20 manat dövlət rüsumunun tutularaq kreditor İddiaçı-nin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh ərizə ilə müraciət edərək, faiz borcu və dəbbə pulunun çox hesablandığını bildirərək məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin x xxxx 2019-cu il tarixli, 2(044)-1537/2020 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2013-cü il tarixli BAL0781817/13 saylı X3nə əsasən ona 500 manat məbləğində kredit xətti açılmışdır. xx xxxxxxxx 2014-cü tarixli kredit sazişinə əsasən cavabdehə bank tərəfindən 1000 manat dəyərində kredit kartı verilmişdir. Borclu üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün banka 999.89 manat ödənilməmiş əsas borc, 478.96 manat ödənilməmiş faiz borcu, 48.25 manat dəbbə pulu, ümumilikdə 1527.10 manat borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2013-cü il tarixli BAL0781817/13 saylı Plastik kartı üzrə X3nin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2016-cı il tarixədək 500 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, borclu Cavabdeh bir ədəd BalCards verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Mülki iş üzrə borcun məbləğinin müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(044)-40/2020 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/5171 №-li rəyində qeyd olunmuşdur ki, İddiaçı-si ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0781817/13 saylı Plastik Kartı üzrə X3 Müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh banka olan borcu əsas borc üzrə 1149.11 manat, faiz borcu üzrə 322.90 manat təşkil edir. Beləliklə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, BAL0781817/13 saylı Plastik Kartı üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcunun məbləği iddia ərizəsində göstərilmiş məbləğdən çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli, BAL0781817/13 saylı Plastik Kartı üzrə borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən həmin müqavilə üzrə əsas borc iddia tələbinə uyğun, faiz borcu isə ekspert rəyinə uyğun tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0781817/13 saylı Plastik Kartı və X3ndə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 9 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 999.89 manat məbləğində əsas, 322.90 manat məbləğində faiz, 9 manat cərimə, ümumilikdə 1331.79 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının MPM-nin 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə əmri ləğv edilərək iddia icraatına keçdiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 16 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, kəsir qalan 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 104 manatı Cavabdeh, 16 manatı Bank of X5 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 999.89 manat məbləğində əsas, 322.90 manat məbləğində faiz, 9 manat cərimə olmaqla ümumilikdə 1331 (min üç yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun 16 (on altı) manatı tutularaq iddiaçı Bank of X5 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə kəsir qalan 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin 16 (on altı) manat məbləğində hissəsi Bank of X5 Cəmiyyətindən, 104 (yüz dörd) manat məbləğində hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-30/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-30/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver