Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № e-2(044)-3208/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor MMC-nin, Borclu qarşı «borcun ödənilməsi» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə təqdim edərək Borclu 658.00 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 678.00 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 368 manat olan məişət avadanlığı əldə edib. Borclu müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra kreditora 130 manat borcu qalıb. İş üzrə Borclu xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMCdən dəyəri 564 manat olan məişət avadanlığı əldə edib. Borclu müqavilə üzrə müəyyən üzrə ödənişlər etdikdən sonra kreditora 528 manat borcu qalıb. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, Borclu ilə Kreditor MMC arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Borclu hissə-hissə ödəniş şərti ilə 368 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 20 manatını ilkin ödəniş kimi ödəmiş, qalan 348 manat məbləği 12 ay müddətinə aylıq 29 manat olmaqla Kreditor MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, Borclu ilə Kreditor MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Borclu hissə-hissə ödəniş şərti ilə 564 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 36 manatını ilkin ödəniş kimi ödəmiş, qalan 528 manat məbləği 12 ay müddətinə aylıq 44 manat olmaqla Kreditor MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materillarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Borclu ilə xx.xx.2018-ci il tarixdə bağlanmış GNK4708580 saylı müqavilə üzrə ödənilməmiş 130.00 manat, xx.xx.2018-ci il tarixdə bağlanmış GNK5637667 saylı müqavilə üzrə ödənilməmiş 528.00 manat olmaqla Kreditor MMC-yə ümumilikdə 658.00 manat əsas borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: Borclu 658.00 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 678.00 manat məbləğində pul vəsaiti alınaraq “xxxxxxxxxxxx” MMCnin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №e-2(044)-3208/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(044)-3208/2020
12.10.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver