Məhkəmə qərarları › İş №e-2(044)-622/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-622/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-622/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 6909.06 manat, faiz borcu üzrə 1758.75 manat, cərimə 4667.02 manat, cəmi 13334.83 manat, 41010AZNK019006595 kart hesabı üzrə sms məlumatlandırma xidmətinə əsasən 5.00 manat məbləğində əsas borcun və ödənilmiş 131 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bank xidmətlərtinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə 11.03.2019-cu il tarixdə GTC- 10266İB/2019 saylı Razılıq ərizəsi imzalanmış və həmin razılıq ərizəsinin imzalayaraq borclu sayitda yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmiş, ÜŞT-yə əlavə olan 0064072AZN05549 saylı 12.09.2019-cu il tarixli maliyələşdirmə üçün ərizəyə əsasən cavabdehə 01.09.2022-ci il tarixədək 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə 0064072AZN05549 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6909.06 manat əsas borc, 1758.75 manat faiz borcu, 4667.02 manat cərimə borcu, cəmi 13334.83 manat məbləğində borcu, 41010AZNK019006595 kart hesabı üzrə sms məlumatlandırma xidmətinə əsasən 5.00 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən banka olan borc ödənilməmiş qalmışdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə göndərərəkməhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında 11.03.2019-cu il tarixdə GTC-10266İB/2019 saylı Razılıq ərizəsi imzalanmış kredit müqaviləsinə əsasən ona 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. O, banka olan əsas borcu ödəyəcəkdir və məhkəmədən cərimə borcunun silinməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 11.03.2019-cu il tarixli GTC-10266İB/2019 saylı Razılıq ərizəsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh arasında Razılıq ərizəsi imzalanmışdır. 18.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-nə 19.10.2021-ci il tarixinə olan borcu əsas borc üzrə 6909.06 manat, faiz borcu üzrə 1758.75 manat, cərimə 4667.02 manat, cəmi 13334.83 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh Cavabdeh əsas borc üzrə 6909.06 manat, faiz borcu üzrə 1758.75 manat, cərimə 10 manat, cəmi 8667.91manat, 41010AZNK019006595 kart hesabı üzrə sms məlumatlandırma xidmətinə görə ödənilmiş 5.00 manat və ödənilmiş 131 manat dövlət rüsumu tutularaq, "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 6909.06 manat, faiz borcu üzrə 1758.75 manat, cərimə 10 manat, cəmi 8667.91 (səkkiz min altı yüz altmış yeddi manat doxsan bir qəpik) manat, 41010AZNK019006595 kart hesabı üzrə sms məlumatlandırma xidmətinə görə ödənilmiş 5.00 manat və ödənilmiş 131 manat dövlət rüsumu tutularaq, "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar