Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-720/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi olan vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 11 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 05.10.2020-ci il tarixli, 10478 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 12.10.2020-ci il tarixli, 10494 saylı kredit müqaviləsi üzrə 4.100 manat, 22.10.2020-ci il tarixli, 10506 saylı kredit müqaviləsi üzrə 2.350 manat, 28.10.2020-ci il tarixli, 10592 saylı kredit müqaviləsi üzrə 1.070 manat, 02.11.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 5.350 manat, 18.11.2020-ci il tarixli, 10533 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 25.11.2020-ci il tarixli, 10545 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 01.12.2020-ci il tarixli, 10550 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 02.12.2020-ci il tarixli, 10554 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 07.12.2020-ci il tarixli, 10561 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 09.12.2020-ci il tarixli, 10569 saylı kredit müqaviləsi üzrə 4.300 manat, 21.12.2020-ci il tarixli, 10582 saylı kredit müqaviləsi üzrə 4.350 manat, 22.12.2020-ci il tarixli, 10587 saylı kredit müqaviləsi üzrə 3.750 manat, 05.01.2021-ci il tarixli, 10602 saylı kredit müqaviləsi üzrə 1.070 manat, 01.02.2021-ci il tarixli, 10624 saylı kredit müqaviləsi üzrə 1.610 manat, 09.02.2021-ci il tarixli, 10633 saylı kredit müqaviləsi üzrə 4.850 manat, 09.02.2021-ci il tarixli, 10634 saylı kredit müqaviləsi üzrə 2.380 manat, 12.03.2021-ci il tarixli, 10683 saylı kredit müqaviləsi üzrə 10.900 manat, 17.02.2021-ci il tarixli, 10652 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 18.02.2021-ci il tarixli, 10654 saylı kredit müqaviləsi üzrə 3.800 manat, 27.02.2021-ci il tarixli, 10662 saylı kredit müqaviləsi üzrə 3.200 manat, 01.03.2021-ci il tarixli, 10665 saylı kredit müqaviləsi üzrə 3.600 manat, 17.03.2021-ci il tarixli, 10689 saylı kredit müqaviləsi üzrə 2.300 manat, 17.03.2021-ci il tarixli, 10690 saylı kredit müqaviləsi üzrə 4.800 manat,25.03.2021-ci il tarixli, 10694 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 06.04.2021-ci il tarixli, 10708 saylı kredit müqaviləsi üzrə 3.300 manat, 06.04.2021-ci il tarixli, 10709 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 16.04.2021-ci il tarixli, 10718 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 20.04.2021-ci il tarixli, 10720 saylı kredit müqaviləsi üzrə 7.100 manat, 23.04.2021-ci il tarixli, 10726 saylı kredit müqaviləsi üzrə 1.620 manat, 03.05.2021-ci il tarixli, 10727 saylı kredit müqaviləsi üzrə 2.700 manat, 03.05.2021-ci il tarixli, 10729 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 04.05.2021-ci il tarixli, 10731 saylı kredit müqaviləsi üzrə 5.600 manat, 17.05.2021-ci il tarixli, 10744 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 17.05.2021-ci il tarixli, 10747 saylı kredit müqaviləsi üzrə 11.900 manat, 26.05.2021-ci il tarixli, 10763 saylı kredit müqaviləsi üzrə 9.600 manat, 02.06.2021-ci il tarixli, 10769 saylı kredit müqaviləsi üzrə 1.080 manat, 14.06.2021-ci il tarixli, 10775 saylı kredit müqaviləsi üzrə 3.800 manat, 16.06.2021-ci il tarixli, 10777 saylı kredit müqaviləsi üzrə 2.500 manat, 18.06.2021-ci il tarixli, 10781 saylı kredit müqaviləsi üzrə 2.700 manat olmaqla, Cavabdeh ümumilikdə 170.080 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh 12.07.2021-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, istehlak məqsədləri üçün 36 ay müddətinə 87.500 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.
3. İddiaçı ilə Cavabdeh arasında 12.07.2021-ci il tarixdə bağlanmış 10801 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 48% dərəcəsi ilə 87.500 manat məbləğində anuitet qrafik əsasında kredit verilmişdir. Ödəniş qrafikinə əsasən Cavabdeh 12.08.2021-ci il tarixdən başlayaraq 36 ay müddətində aylıq 4.627 manat məbləğində ödənişi həyata keçirməyi öz öhdəsinə götürmüşdür.
4. Cavabdeh 14.07.2021-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, istehlak məqsədləri üçün 36 ay müddətinə 32.600 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.
5. İddiaçı ilə Cavabdeh arasında 14.07.2021-ci il tarixdə bağlanmış 10807 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 48% dərəcəsi ilə 32.600 manat məbləğində anuitet qrafik əsasında kredit verilmişdir. Ödəniş qrafikinə əsasən Cavabdeh 14.08.2021-ci il tarixdən başlayaraq 36 ay müddətində aylıq 1724,11 manat məbləğində ödənişi həyata keçirməyi öz öhdəsinə götürmüşdür.
6. Cavabdeh 12.12.2021-ci il tarixli qəbz yazaraq, “YK” lombarda cəmi 120.000 manat borcunun olduğunu bildirmişdir.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 120.100 manat, faiz borcu üzrə 24.020 manat, 36.000 manat dəbbə pulu, ümumilikdə 180.120 manat pulun və ödənilmiş 471 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar olan fiziki şəxs qismində “YK” Kredo adı altında Gəncə şəhəri, H. Əliyev prospekti 439 A ünvanında lombard fəaliyyəti göstərir. Lombard kimi əsas işi girov qoyulmuş dəyəri olan əşyaların təminatı əsasında kredit verməkdən ibarətdir. 2020-ci ilin əvvəlindən bu yaxın vaxtlaradək mütəmadi şəkildə biri-biri ilə yaxın qohumlar olan şəxslər və o cümlədən də cavabdehin özü onda inam yaradaraq böyük məbləğdə kredit müqavilələrinə əsasən borc pul götürmüşlər və nəticədə o, böyük məbləğdə zərərlə üzləşmişdir. Həmin şəxslər adlarına götürdükləri pulları elə lombardın ofisində bir-biri ilə də bölüşdürmüşlər. Yəni, borc götürəndə əvvəldən razılaşıb onlar hansınınsa adına sənədləri rəsmiləşdirir, sonra isə onlara çatacaq məbləği bölürdülər. Həmin şəxslərdən biri Cavabdehdır. Cavabdeh 2020ci ilin oktyabr ayından müəyyən çəkidə qızıl qoyub kredit müqaviləsi əsasında pul götürməyə başlamışdır. Onun təminat kimi verdiyi qızıllarındəyəri adətən aldığı pullardan əhəmiyyətli dərəcədə az olurdu, lakin tez-tez kredit götürdüyü və müəyyən ödənişlər etdiyi, girov qoyduğu üçün ona qarşı inam yaranmışdır. Onunla Cavabdeh arasında xeyli sayda kredit müqavilələri bağlanaraq, ona müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Belə ki, ona 05.10.2020-ci il tarixli, 10478 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 12.10.2020ci il tarixli, 10494 saylı kredit müqaviləsi üzrə 4.100 manat, 22.10.2020-ci il tarixli, 10506 saylı kredit müqaviləsi üzrə 2.350 manat, 28.10.2020-ci il tarixli, 10592 saylı kredit müqaviləsi üzrə 1.070 manat, 02.11.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 5.350 manat, 18.11.2020-ci il tarixli, 10533 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 25.11.2020-ci il tarixli, 10545 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 01.12.2020-ci il tarixli, 10550 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 02.12.2020-ci il tarixli, 10554 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 07.12.2020-ci il tarixli, 10561 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 09.12.2020-ci il tarixli, 10569 saylı kredit müqaviləsi üzrə 4.300 manat, 21.12.2020-ci il tarixli, 10582 saylı kredit müqaviləsi üzrə 4.350 manat, 22.12.2020-ci il tarixli, 10587 saylı kredit müqaviləsi üzrə 3.750 manat, 05.01.2021-ci il tarixli, 10602 saylı kredit müqaviləsi üzrə 1.070 manat, 01.02.2021-ci il tarixli, 10624 saylı kredit müqaviləsi üzrə 1.610 manat, 09.02.2021-ci il tarixli, 10633 saylı kredit müqaviləsi üzrə 4.850 manat, 09.02.2021-ci il tarixli, 10634 saylı kredit müqaviləsi üzrə 2.380 manat, 12.03.2021-ci il tarixli, 10683 saylı kredit müqaviləsi üzrə 10.900 manat, 17.02.2021-ci il tarixli, 10652 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 18.02.2021-ci il tarixli, 10654 saylı kredit müqaviləsi üzrə 3.800 manat, 27.02.2021-ci il tarixli, 10662 saylı kredit müqaviləsi üzrə 3.200 manat, 01.03.2021-ci il tarixli, 10665 saylı kredit müqaviləsi üzrə 3.600 manat, 17.03.2021-ci il tarixli, 10689 saylı kredit müqaviləsi üzrə 2.300 manat, 17.03.2021-ci il tarixli, 10690 saylı kredit müqaviləsi üzrə 4.800 manat,25.03.2021-ci il tarixli, 10694 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 06.04.2021-ci il tarixli, 10708 saylı kredit müqaviləsi üzrə 3.300 manat, 06.04.2021-ci il tarixli, 10709 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 16.04.2021-ci il tarixli, 10718 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 20.04.2021-ci il tarixli, 10720 saylı kredit müqaviləsi üzrə 7.100 manat, 23.04.2021-ci il tarixli, 10726 saylı kredit müqaviləsi üzrə 1.620 manat, 03.05.2021-ci il tarixli, 10727 saylı kredit müqaviləsi üzrə 2.700 manat, 03.05.2021-ci il tarixli, 10729 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 04.05.2021-ci il tarixli, 10731 saylı kredit müqaviləsi üzrə 5.600 manat, 17.05.2021-ci il tarixli, 10744 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 17.05.2021-ci il tarixli, 10747 saylı kredit müqaviləsi üzrə 11.900 manat, 26.05.2021-ci il tarixli, 10763 saylı kredit müqaviləsi üzrə 9.600 manat, 02.06.2021-ci il tarixli, 10769 saylı kredit müqaviləsi üzrə 1.080 manat, 14.06.2021-ci il tarixli, 10775 saylı kredit müqaviləsi üzrə 3.800 manat, 16.06.2021-ci il tarixli, 10777 saylı kredit müqaviləsi üzrə 2.500 manat, 18.06.2021-ci il tarixli, 10781 saylı kredit müqaviləsi üzrə 2.700 manat. Ümumilikdə Cavabdeh 170.080 manat məbləğində kredit verilmişdir. Cavabdehin təminat kimi girov qoyduğu qızıl-zinət əşyaları onun özünün razılığı ilə qiymətləndirilərək satılmışdır və Cavabdeh ilə razılığa gəlinərək verilmiş kredit müqavilələri üzrə ümumi məbləğin əsas borc hissəsi üzrə 87.500 manatına və faizlərə dair 12.07.2021ci il tarixli, 10801 saylı kredit müqaviləsi, əsas borc hissəsi üzrə 32.600 manatına və faizlərə dair 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi bağlanmışdır. Hal-hazırda Cavabdeh 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 87.500 manat əsas, 17.500 manat faiz, 26.250 manat dəbbə pulu, cəmi 131.250 manat, 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə 32.600 manat əsas, 6.520 manat faiz, 9.780 manat dəbbə pulu, cəmi 48.900 manat borcu qalmışdır. Sonuncu dəfə Cavabdeh 12.12.2021-ci il tarixdə lombarda dəvət olunmuş və o, öz xətti ilə yazdığı qəbzdə bildirmişdir ki, həqiqətən də lombarda 120.000 manat məbləğində borcu vardır. Həmin qəbzdə cavabdeh yalnız əsas borcunu etiraf etmiş, faizləri və dəbbə pulunu ödəməkdən imtina etmişdir. Qəbzin notarial qaydada təsdiq edilməsindən də imtina etmişdir. Bu qəbz yazılanda cavabdehin anası X8 da lombarda gəlmişdir və onun da borcu vardır. Dəfələrlə cavabdehə borcun qaytarılması üçün şifahi və yazılı xəbərdarlıq edilsə də, heç bir nəticə verməmişdir.
9. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmiş, məhkəmə iclasında vəkil X3 ilə təmsil edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
11. İddiaçı məhkəmə kollegiyasının iclasında iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.
12. İddiaçının nümayəndəsi olan vəkil Nümayəndə məhkəmə kollegiyasının iclasında iddianı müdafiə edərək, göstərdi ki, cavabdehin hər kredit müqaviləsi üzrə az miqdarda girov qoyduğu qızılzinət əşyaları satılaraq borcundan çıxılmış və yerdə qalan məblələ bağlı cavabdehin Cavabdeh ilə razılığa gəlinərək 87.500 manat və 32.600 manat borac dair müvafiq olaraq 12.07.2021-ci il tarixli, 10801 saylı və 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqavilələri bağlanmışdır. Bundan sonra Cavabdeh tərəfindən ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Odur ki, iddia əsaslı olduğundan onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdeh nümayəndəsi olan vəkil X3 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirdi ki, sonuncu bağlanılan iki sayda kredit müqavilələrindəki imza Cavabdeh məxsus deyil, ona görə də iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, lombard fəaliyyəti ilə məşğul olan İddiaçı işçisi olmaqla, kredit mütəxəssisi vəzifəsində çalışır. Cavabdeh lombarda X2 vasitəsilə gəlmişdir. Cavabdeh onlara demişdir ki, onun müştəriləri vardır, qızıl girov qoyaraq pul götürmək istəyir, sadəcə qoyduğu qızıldan daha artıq məbləğində verilməsini xahiş edir. Vahidə xanımın xahişi ilə cavabdehə dəfələrlə kreditlər verilmiş və partnyorluğa başlanılmış və 2021-ci ilin iyun ayına kimi cavabdeh ödənişləri vaxtında ödəmişdir. 2021-ci ilin iyun ayının sonunda cavabdehin ödəməli olduğu məbləğ 12.000-13.000 manat təşkil etsə də, ödəniş aparılmamış və sonradan məlum olmuşdur ki, guya cavabdehin həyat yoldaşı avtoqəza törədib və cavabdeh yığdığı pulu ona vermişdir. Sonra cavabdehin qaynatası Tuhid Əliyev gəlini Cavabdeh borcunun onun öz kreditinin üzərinə yazılmasını xahiş etmiş, lakin sənədlər hazır olduqdan sonra telefonla danışmaq adı ilə lombarddan çıxıb müqaviləyə imza etməkdən boyun qaçırmışdır. Bunların həmin hərəkətindən sonra məlum olmuşdur ki, Tuhid və Xanım maliyyə piramidası quraraq onlardan götürdüyü kreditin böyük bir hissəsini mənimsəmişlərr. 2021-ci ilin iyul ayında Cavabdeh lombarda gələrək bütün qızıllarının satılaraq borcunun ödənilməsinə yönəldilməsini və yerdə qalan məbləğə dair yenidən qrafaik tərtib olunmaqla kredit verilməsini xahiş etmişdir. Bundan sonra qızıllar cavabdehin iştirakı ilə satılmış, yerdə qalan məbləğ Cavabdeh diqqətinə çatdırılmış və yenidən müqavilə ilə cavabdehin adına rəsmiləşdirilmişdir. Müqavilələrə Cavabdeh özü şəxsən imza etmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki,Cavabdeh dəfələrlə ona müraciət edərək, iddiaçıdan pul götürməyə vasitəçilik etməsini xahiş etmişdir. Bundan sonra Xanım az miqdarda qızıl qoyub yüksək məbləğdə pul götürmüşdür. O, bu pulu müştəriləri üçün götürdüyünü demişdir. Sonradan məlum olmuşdur ki, pulları Xanım mənimsəyirmiş. Hətta ondan da Xanım 3.600 manat borc pul almışdır. Ödənişlərində problem yarandığı üçün Xanımın öz razılığı ilə qızılları satışa çıxarılmış və borcun az miqdarı ödənilmiş, 120.000 manat məbləğində də yerdə borcu qalmışdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, Xanımla 2021-ci ilin oktyabr ayında tanış olmuşdur, həmin vaxt o, iddiaçıdan ilk krediti götürüb ona vermişdir. Bundan sonra o, az miqdarda qızıla yüksək məbləğdə kredit götürüb verdiyi üçün o, da öz yaxınlarından borc pul alıb ona vermişdir. Xanım ona lombardın müdiri yerində olmadığı üçün borc pulu oradan götürə bilmədiyini və daha sonra götürüb onun pulunu qaytaracağını bldirmişdir. O, da lombarddan pul götürüb, ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Xanım son aylar isə yenə ondan həm borc pul almış, həm də ona məxsus 200 qr, 100 qr və 101 qr qızılları almışdır ki, lombarda girov qoysun. Ona müdir gələn kimi pulun onlara veriləcəyini bildirmişdir. Bir neçə dəfə belə deyib, ona kredit verdiyi üçün o, da inanaraq, həmin qızılları Xanıma vermişdir. Sonradan gəlib Xanım ona ödənişinin vaxtının çatdığını, maşınlarının avtoqəza törətdiyini demiş və ona borc pul verməsini xahiş etmişdir. O, da lotoreyadan yığdığı 2.250 manat pulu Xanıma vermiş, həmçinin iki ədəd komplekt brilliyantını vermişdir ki, gedib başqa lombarda girov qoyub kredit götürüsün və iddiaçıya olan borcunu ödəsin. Həmin gün Xanım ona 3.000 manat gətirib vermiş və qalanını sabah verəcəyini bildirmişdir. Səhərisi gün ona məlum olmuşdur ki, əslində bütün kreditlər Xanımın özünündür. Bu zaman Xanım ona ağlaya-ağlaya bildirmişdir ki, lombarddan götürüb lombarda verir pulu, xeyli borcu var və onu öldürəcəklər. Hətta Xanım ona demişdir ki, lombardın pulu ödəməsin, onlar heçnə edə bilməzlə, çıxıb 2-3 aylıq harasa getsin. Xanım həmçinin axır iki ayın 5.400 manat məbləğində ödənişini aparıb lombarda ödəməmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, ev tikdirdiyi üçün ona pul lazım olmuş, bu zaman tanışı Xanım demişdir ki, o, lombarddan götürüb verə bilər. O, Xanıma 12 qr qızıl vermiş, Xanım da ona 2.350 manat pul vermişdir. O, 2021-ci ilin avqust ayına kimi hər ay 200 manat ödəmiş, lakin Xanım onun qızıllarını girovdan çıxarıb verməmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, Dokta Aptekdə xadimə işləyir və tanışı Xanım lombarddan 32 qr qızıl girov qoymaqla ona 6.000 manat pul götürüb vermişdir. O, 2020-ci ilin avqust ayından 2021-ci ilin dekabr ayına kimi hər ay 400 manat, cəmi isə 3.000 manat pul ödəmişdir. O, ödənişləri Xanıma vermiş, Xanımda aparıb lombarda ödədiyini və qəbzlərin onun özündə olduğunu demişdir. Lakin sonra Xanım onun qızıllarını qaytarmamışdır.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, o, 13.01.2022-ci il tarixdən isə rəsmi olaraq “YK” kredit təşkilatında işləyir. O, rəsmi işə başlayanda müdiri İddiaçı ona göstəriş vermişdir ki, problemli kreditləri araşdırıb ona məlumat versin. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh adı problemli kreditlər siyahısındadır. Bundan sonra o, Xanım Əlyeva ilə əlaqə saxlamış və krediti ödəməsini bildirmiş və onlar görüşmüşdür. Görüş zamanı Cavabdeh bildirmişdir ki, onun pul alacaqları vardır və pulu alan kimi borcunu ödəyəcəkdir. Sonra sahə müvəkkilinin yanında izahat verərək, borcunun olduğunu etiraf etmişdir. 12.12.2021-ci il tarixdə Cavabdeh 120000 (yüz iyirmi min) manat borcu olduğu barədə yazılı qəbz vermişdir.
20. Tətbiq edilən hüquq:
21. Mülki Məcəllə Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında çoxsaylı kredit müqavilələri bağlanaraq, sonuncuya müxtəlif məbləğlərdə kredit verilmişdir. Belə ki, 05.10.2020-ci il tarixli, 10478 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 12.10.2020-ci il tarixli, 10494 saylı kredit müqaviləsi üzrə 4.100 manat, 22.10.2020-ci il tarixli, 10506 saylı kredit müqaviləsi üzrə 2.350 manat, 28.10.2020-ci il tarixli, 10592 saylı kredit müqaviləsi üzrə 1.070 manat, 02.11.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 5.350 manat, 18.11.2020-ci il tarixli, 10533 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 25.11.2020-ci il tarixli, 10545 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 01.12.2020-ci il tarixli, 10550 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 02.12.2020-ci il tarixli, 10554 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 07.12.2020-ci il tarixli, 10561 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 09.12.2020-ci il tarixli, 10569 saylı kredit müqaviləsi üzrə 4.300 manat, 21.12.2020-ci il tarixli, 10582 saylı kredit müqaviləsi üzrə 4.350 manat, 22.12.2020-ci il tarixli, 10587 saylı kredit müqaviləsi üzrə 3.750 manat, 05.01.2021-ci il tarixli, 10602 saylı kredit müqaviləsi üzrə 1.070 manat, 01.02.2021-ci il tarixli, 10624 saylı kredit müqaviləsi üzrə 1.610 manat, 09.02.2021-ci il tarixli, 10633 saylı kredit müqaviləsi üzrə 4.850 manat, 09.02.2021-ci il tarixli, 10634 saylı kredit müqaviləsi üzrə 2.380 manat, 12.03.2021-ci il tarixli, 10683 saylı kredit müqaviləsi üzrə 10.900 manat, 17.02.2021-ci il tarixli, 10652 saylı kredit müqaviləsi üzrə 1.600 manat, 18.02.2021-ci il tarixli, 10654 saylı kredit müqaviləsi üzrə 3.800 manat, 27.02.2021-ci il tarixli, 10662 saylı kredit müqaviləsi üzrə 3.200 manat, 01.03.2021-ci il tarixli, 10665 saylı kredit müqaviləsi üzrə 3.600 manat, 17.03.2021-ci il tarixli, 10689 saylı kredit müqaviləsi üzrə 2.300 manat, 17.03.2021-ci il tarixli, 10690 saylı kredit müqaviləsi üzrə 4.800 manat,25.03.2021-ci il tarixli, 10694 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 06.04.2021-ci il tarixli, 10708 saylı kredit müqaviləsi üzrə 3.300 manat, 06.04.2021-ci il tarixli, 10709 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 16.04.2021-ci il tarixli, 10718 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 20.04.2021-ci il tarixli, 10720 saylı kredit müqaviləsi üzrə 7.100 manat, 23.04.2021-ci il tarixli, 10726 saylı kredit müqaviləsi üzrə 1.620 manat, 03.05.2021-ci il tarixli, 10727 saylı kredit müqaviləsi üzrə 2.700 manat, 03.05.2021-ci il tarixli, 10729 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 04.05.2021-ci il tarixli, 10731 saylı kredit müqaviləsi üzrə 5.600 manat, 17.05.2021-ci il tarixli, 10744 saylı kredit müqaviləsi üzrə 6.000 manat, 17.05.2021-ci il tarixli, 10747 saylı kredit müqaviləsi üzrə 11.900 manat, 26.05.2021-ci il tarixli, 10763 saylı kredit müqaviləsi üzrə 9.600 manat, 02.06.2021-ci il tarixli, 10769 saylı kredit müqaviləsi üzrə 1.080 manat, 14.06.2021-ci il tarixli, 10775 saylı kredit müqaviləsi üzrə 3.800 manat, 16.06.2021-ci il tarixli, 10777 saylı kredit müqaviləsi üzrə 2.500 manat, 18.06.2021-ci il tarixli, 10781 saylı kredit müqaviləsi üzrə 2.700 manat olmaqla, Cavabdeh ümumilikdə 170.080 manat məbləğində kredit verilmişdir. Cavabdeh iyun ayina kimi ödənişlərini vaxtlı-vaxtında etsə də, həmin vaxtdan etibarən ödənişi dayandırmış və ödəməli olduğu 12.000 manat məbləğində aylığı ödəməmişdir. 2021-ci ilin iyul ayında cavabdeh lombarda gələrək, grov qoyduğu qızlların satılaraq borcuna yönəldilməsini xahiş etmiş, bundan sonra təminat kimi girov qoyulmuş qızıl-zinət əşyaları cavabdehin razılığı ilə qiymətləndirilərək satılmışdır və yerdə Cavabdeh120.100 manat məbləğində borcu qalmışdır. Cavabdehin xahişi ilə həmin məbləğ 87.500 manat və 32.600 manat olmaqla yenidən kredit müqaviləsi kimi onun adına rəsmiləşdirilmiş və 87.500 manata dair 12.07.2021-ci il tarixli, 10801 saylı, 32.600 manata dair isə 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hal-hazırda Cavabdeh iddiaçıya 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 87.500 manat əsas, 17.500 manat faiz, 26.250 manat dəbbə pulu, cəmi 131.250 manat, 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə 32.600 manat əsas, 6.520 manat faiz, 9.780 manat dəbbə pulu, cəmi 48.900 manat borcu qalmışdır.
25. Məhkəmə şahid ifadələri əsasında formalaşmış və işin faktiki hallarını təşkil edən sübutlara qiymət verərək hesab edir ki, cavabdehin 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 87.500 manat əsas, 17.500 manat faiz, 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə isə 32.600 manat əsas, 6.520 manat faiz borcu vardır və iddiaçı həmin tələbində haqlıdır.
26. Dəbbə puluna gəlincə isə, məhkəmə əsas və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə hesablanmış 26.250 manat və 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə 9.780 manat dəbbə pulunu tənasübsüz yüksək hesab edir və həm borclunun maddi vəziyyətini, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq, dəbbə pulunu 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 200 manat, 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə 100 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir.
27. Beləliklə, Cavabdeh 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 87.500 manat əsas, 17.500 manat faiz, 200 manat dəbbə pulu, cəmi 105.200 manat, 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə isə 32.600 manat əsas, 6.520 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 39.220 manat, ümumlikdə isə 144.420 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
28. İddia qismən edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə müvafiq olaraq ödənilmiş 471 manat məbləğində dövlət rüsumunun 379.83 hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 91.17 manat hissəsi iddiaçıya aid edilməlidir.
29. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 12.07.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 87.500 manat əsas, 17.500 manat faiz, 200 manat dəbbə pulu, cəmi 105.200 manat, 14.07.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə isə 32.600 manat əsas, 6.520 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 39.220 manat, - cəmi 144.420 manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 471 manat məbləğində dövlət rüsumunun 379.83 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 91.17 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov