Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-727/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5100 manat məbləğində borcun, 820 manat məbləğində faiz borcu və 1224 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7144 manat məbləğində borcun və ödənilmiş 204.79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı fərdi sahibkar olan fiziki şəxs qismində “YK” Kredo adı altında Gəncə şəhəri, H. Əliyev prospekti 439 A ünvanında lombard fəaliyyəti göstərir. Lombard kimi əsas işi girov qoyulmuş dəyəri olan əşyaların təminatı əsasında kredit verməkdən ibarətdir. 2020-ci ilin əvvəlindən bu yaxın vaxtlaradək mütəmadi şəkildə biri-biri ilə yaxın qohumlar olan şəxslər və o cümlədən də cavabdeh onda inam yaradaraq böyük məbləğdə Kredit müqavilələrinə əsasən borc pul götürmüşlər və nəticədə o, böyük məbləğdə zərərlə üzləşmişdir. Həmin şəxslər adlarına götürdükləri pulları elə lombardın ofisində bir-biri ilə də bölüşdürmüşlər. Yəni, götürəndə əvvəldən razılaşıb onlar hansınınsa da adına sənədləri rəsmiləşdirmişlər. Həmin şəxşlərdən biri Cavabdehdır və o,ona kredit müqaviləsi əsasında pulu qızıl-zinət əşyalarının girov qoyulmasi şərti ilə vermişdir. Lombarddan mütəmadi olaraq kredit götürən Əliyeva Xanım adlı şəxs cavabdeh Tomuyevanı onun yanına gətirərək bildirmişdir ki, onun anasıdır və o, bir necə dəfə cavabdehə kredit müqavilələri əsasında borc pul vermişdir. Cavabdeh öz qızı Xanım Əliyeva ona müraciət etmiş və 12.03.2021-ci il tarixli 10681 Nömrəli kredit müqaviləsi ilə 2600 manat, 16.06.2021-ci il tarixli 10776 Nömrəli kredit müqaviləsi ilə 4100 manat, 18.08.2021-ci il tarixli 10890 Nömrəli kredit müqaviləsi ilə 5100 manat borc pul almışdır. Ödənişin təminatı kimi isə alınmış borc puldan dəyəri az olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Bu girovların satışından əldə edilən pullar Cavabdeh borcunun ödənilməsinə yönəlmişdir, lakin yetərli olmamışdır. Beləliklə də, Cavabdeh bu günə lombarda əsas borc üzrə 5100 manat, faiz borcu üzrə 820 manat, dəbbə pulu üzrə 1224 manat, ümumilikdə isə 7144 manat pul borcu vardır. Dəfələrlə cavabdehə borcun qaytarılmasi haqda xəbərdarlıq edilsə də, Tomuyeva tələblərə heç bir əhəmiyyət vermir. Cavabdeh yazılı ldə xəbərdarlıq da edilmişdir ki, kredit müqavilələri üzrə heç bir ödənişlər etmir və borcun dərhal qaytarılması tələb edilmişdir. Yəni, müqavilələrin ləğv edildiyi haqda əvvəlcədən cavabdehə xəbərdarlıq edilmiş, lakin, nəticə əldə olunmamışdır. Sonuncu dəfə, Tomuyeva ilə öz qızı Xanım Əliyeva lombardın ofisinə gəlmiş və orada Xanım Əliyeva öz borcunu yazılı qaydada etiraf etmişdir. Cavabdehin hərəkətlərində cinayət əlamətlərinin olduğunu güman edərək o, rəsmi şikayətlə polis orqanına müraciət etmiş, lakin araşdırma nəticəsində Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin 16.11.2021-ci il tarixli, 121- 324871 nömrəli cavabı ilə məsələyə mülki qaydada məhkəmə vasitəsi ilə həll olunması bildirilmişdir. Sonda iddiaçını nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsindəki xüsusatları təsdiq edərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 12.04.2022-ci il tarixli, 329 saylı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin Aparatının verdiyi məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, X1 faktiki yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. - Cavabdeh 12.03.2021-ci il tarixli 10681 Nömrəli kredit müqaviləsi ilə 2600 manat, 16.06.2021-ci il tarixli 10776 Nömrəli kredit müqaviləsi ilə 4100 manat, 18.08.2021-ci il tarixli 10890 Nömrəli kredit müqaviləsi ilə 5100 manat kredit verilmişdir. - 05.11.2021-ci il tarixli bildirişdən görünür ki, lombarddan 5100 manat kredit borcunun 7 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. - 11.04.2022-ci il tarixli e-2(044)-728/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 əsas borc üzrə 23.322 manat, faiz borcu üzrə 5.598 manat, dəbbə pulu üzrə 100 manat, cəmi 29.020 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun 5100 manat məbləğində borcun, 820 manat məbləğində faiz borcu və 1224 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7144 manat borcu ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 50 manat müəyyən olunmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5100 manat məbləğində kredit borcu, 820 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5970 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 204.79 manat dövlət rüsumunun 170 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5100 manat məbləğində kredit borcu, 820 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5970 (beş min doqquz yüz yetmiş) manat borc və ödənilmiş 204 (iki yüz dörd) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun 170 (yüz yetmiş) manatı tutularaq İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-727/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-727/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver