Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-728/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi - Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 11 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh 23.03.2020-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, istehlak məqsədləri üçün 30 ay müddətinə 24.700 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.
2. İddiaçı ilə Cavabdeh arasında 23.03.2020-ci il tarixdə bağlanmış 10322 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24.700 manat məbləğində 30 ay müddətinə illik 48% dərəcəsi ilə anuitet qrafik əsasında kredit verilmişdir. Ödəniş qrafikinə əsasən Cavabdeh 23.04.2020-ci il tarixdən başlayaraq 30 ay müddətində aylıq 1.428,40 manat məbləğində ödənişi həyata keçirməyi öz öhdəsinə götürmüşdür.
3. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlərdə Cavabdeh tərəfindən 29.09.2020-ci il tarixdə 980 manat, 30.10.2020-ci il tarixdə 988 manat, 28.05.2021-ci il tarixdə 391 manat, 31.05.2021-ci il tarixdə 545 manat, 24.06.2021-ci il tarixdə 24.255 manat ödənilməsi göstərilmişdir.
4. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh götürdüyü 24.700 manat məbləğdən 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar ödəniş etməmiş, 2020ci ilin may ayında 600 manat faiz, 2020-ci ilin iyun ayında 988 manat faiz, 2020-ci ilin iyul ayında 988 manat faiz, 2020-ci ilin avqust ayında 988 manat faiz, 2020-ci ilin sentyabr ayında 980 manat faiz, 2020-ci ilin oktyabr ayında 988 manat faiz, 2020-ci ilin noyabr ayında 980 manat faiz, 2020-ci ilin dekabr ayında 988 manat faiz, 2021-ci ilin yanvar ayında 988 manat faiz, 2021-ci ilin fevral ayında 988 manat faiz, 441 manat əsas borc olmaqla, cəmi 1.429 manat, 2021-ci ilin mart ayında 970 manat faiz, 458 manat əsas borc olmaqla, cəmi 1.428 manat, 2021-ci ilin aprel ayında 952 manat faiz, 476 manat əsas borc olmaqla, cəmi 1.428 manat, 2021-ci ilin iyun ayında 933 manat faiz, 3 manat əsas borc olmaqla, cəmi 936 manat ödəniş həyata keçirmişdir. Bununla da Cavabdeh 2022-ci ilin yanvar ayına 23.322 manat əsas, 6.531 manat faiz, 8.280 manat dəbbə pulu olmaqla, cəmi 38.133 manat borcu vardır.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 24.255 manat, faiz borcu üzrə 5.598 manat, 8.280 manat dəbbə pulu, ümumilikdə 38.133 manat pulun və ödənilmiş 91,84 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar olan fiziki şəxs qismində “YK” Kredo adı altında Gəncə şəhəri, H. Əliyev prospekti 439 A ünvanında lombard fəaliyyəti göstərir. Lombard kimi əsas işi girov qoyulmuş dəyəri olan əşyaların təminatı əsasında kredit verməkdən ibarətdir. 2020-ci ilin əvvəlindən bu yaxın vaxtlaradək mütəmadi şəkildə biri-biri ilə yaxın qohumlar olan şəxslər və o cümlədən də cavabdehin özü onda inam yaradaraq böyük məbləğdə kredit müqavilələrinə əsasən borc pul götürmüşlər və nəticədə o, böyük məbləğdə zərərlə üzləşmişdir. Həmin şəxslər adlarına götürdükləri pulları elə lombardın ofisində bir-biri ilə də bölüşdürmüşlər. Yəni, borc götürəndə əvvəldən razılaşıb onlar hansınınsa adına sənədləri rəsmiləşdirir, sonra isə onlara çatacaq məbləği bölürdülər. Həmin şəxslərdən biri Cavabdehdir və o, ona kredit müqaviləsi əsasında pulu həyətyanı evin girov qoyulması şərti ilə vermişdir. Belə ki, lombarddan mütəmadi olaraq kredit götürən Xanım Əliyeva adlı şəxs Cavabdeh onun yanına gətirərək bildirmişdir ki, o, onun qayınatasıdır və Cavabdeh 24.700 manat pul lazımdır, əvəzində isə tanışlarının adına olan evi girov qoyacaqlar. 10322 nömrəli, 23.03.2020-ci il tarixli kredit müqaviləsi əsasında o, Cavabdeh 24.700 manat borc pul vermiş və X4 adlı şəxs ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, “Mənzilçi” BYD, sahə 28-də yerləşən bağ evini girov qoymaq üçün evin sənədlərinin əslini və əməkdaşın adına etibarnaməni ona vermişdir. Lakin evi girovla yüklü etmək istədikdə ona məlum olmuşdur ki, etibarnamə pul götürüldükdən sonra X4 tərəfindən dərhal ləğv edilmişdir. Cavabdeh bir necə dəfə ödəniş cədvəlinə əsasən faizləri ödəmişdir, sonra isə ümumiyyətlə pulu ödəməkdən imtina etmişdir. Hal-hazırda Cavabdeh ona 24.255 manat əsas borcu, 5.598 manat faiz borcu və ödənilməsini gecikdirdiyi məbləğlərə hesablanan cərimə kimi 8.280 manat olmaqla, cəmi 38.133 manat borcu vardır. Dəfələrlə cavabdehə borcun qaytarılması üçün şifahi və yazılı xəbərdarlıq edilsə də, heç bir nəticə verməmişdir.
7. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmuşdur.
8. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə edilən kredit müqaviləsi üzrə borc onun tərəfindən tam bağlanmışdır. Belə ki, iddiaçı “YK Kredo” lombarda həmin müqavilə üzrə 24.06.2021-ci il tarixli, 10322 nömrəli qəbzlə 24.255 manat borcu ödəmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı kimi daşınmaz əmlakın girovu hər hansısa müqavilədə öz əksini tapmalı, yönəldilmə ilə əlaqədar akt və ya ərizə alınmalı idi. Digər tərəfdən, onun xəbəri və imzası olmadan həmin iddiaçının 10786 nömrəli, 24.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə guya ona 36.800 manat kredit verilmişdir. Onun tərəfindən imza edilməmiş, sözügedən kredit müqaviləsi üzrə ona heç bir pul vəsaiti verilməmiş və onun tərəfindən həmin müqavilə üzrə heç bir öhdəlik götürülməmişdir. Necə olur ki, o, mübahisə edilən kredit müqaviləsi üzrə 24.255 manat borcu ödəməmiş həmin günü ona həmin tarixlə digər kredit müqaviləsi üzrə 36.800 manat kredit verilsin. Digər tərəfdən sual yaranır ki, iddiaçı 10322 nömrəli, 23.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə ona qarşı iddia qaldırır, amma 1 il sonra guya ona verilmiş 10786 saylı, 24.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddia qaldırmır.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmiş, məhkəmə iclasında Vəkil2 ilə təmsil edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
10. İddiaçı məhkəmə kollegiyasının iclasında iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.
11. Sədrlik edənin sualına cavab olaraq isə bildirdi ki, Cavabdeh götürdüyü 24.700 manat məbləğində kredit və ona hesablanmış faizlərdən qismən ödəniş etmiş, nəticədə 24.255 manat əsas borcu, 5.598 manat faiz borcu, 8.280 manat cərimə borcu yaranmışdır. Cavabdeh gəlini Xanım Əliyeva ilə birlikdə 24.06.2021-ci il tarixdə ona müraciət edərək, Xanım lombarda olan borcunu ödəyə bilmədiyi üçün 12.000 manat məbləğində borcun Tuhdin borcunun üzərinə gələrək, yeni müqavilə bağlanmasını xahiş etmişdir. Bu zaman kredit rəsmiləşdirilməsi zamanı köhnə kreditdən ödənilməmiş qalan 24.255 manat kreditin bağlanmasına dair qəbz tərtib edilmişdir. Lakin Cavabdeh siqaret çəkərək lombardın ofisindən çıxmış və müqaviləni imzalamaqdan imtina etmişdir. Bu zaman cavabdehin gəlini Xanım Əliyeva yeni müqaviləni götürərək, cavabdehə imzaladacağını bildirmiş, sənədlərin içində 24.255 manatın ödənilməsinə dair lombardın əməliyyatçısı tərəfindən imzalanmış qəbzi də özü ilə aparmışdır ki, hazırda cavabdeh həmin qəbzi əsas gətirərək kredit borcunu bağladığını bildirir. Halbuki, Cavabdeh həmin gün heç bir məbləğdə pul ödəməmişdir. Ona görə də, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.
12. İddiaçının nümayəndəsi olan vəkil Nümayəndə məhkəmə kollegiyasının iclasında iddianı müdafiə edərək, göstərdi ki, cavabdeh tərəfin istinad etdiyi 24.255 manat borcu ödəməsinə dair 24.06.2021-ci il tarixli, 10322 nömrəli qəbzdə cavabdehin imzası yoxdur, əgər cavabdeh nağd pulla krediti bağlamış olsaydı, həmin qəbzdə “Ödəyənin imzası” qrafasında onun imzası olardı. Lakin həmin qəbzdə “Ödəyənin imzası” qrafasına iddiaçının işçisi olan X5 imza etmişdir. Ona görə ki, tərəflər Tuhidin gəlini olan Xanım Əliyevanın 12.000 manatlıq borcunun Cavabdeh kreditinin üzərinə gələrək, kreditin yenilənməsi barədə razılığa gəlmişlər, lakin qəbz imzalandıqdan və müqavilə tərtib edildikdən sonra Cavabdeh müqaviləni imzalamaqdan imtina etmiş, sonuncunun gəlini Xanım Əliyeva isə sənədləri, o cümlədən mübahisəli qəbzi də lombarddan götürmüşdür ki, qaynatası olan cavabdehə imzalatsın. X11 da bundan yayınmış, həm Xanım Əliyevanın, həm Cavabdeh lombarda xeyli miqdarda pul öhdəliyi yaranmışdır. Odur ki, iddia əsaslı olduğundan onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdeh nümayəndəsi olan Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirdi ki, cavabdehin 24.06.2021-ci il tarixə 24.255 manat borcu qalmış və həmin tarixdə də borcunu bağlamışdır. Hesab edir ki, mədaxil qəbzində qrafada kimin imza etməsinin heç bir əhəmiyyəti yoxdur, iddiaçının möhürü və xəzinədarın imzası vardır ki, bu da yetərlidir. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, lombarda kredit mütəxəssisi vəzifəsində çalışır. Cavabdeh lombarda X1 vasitəsilə gəlmişdir. 23.03.2020-ci il tarixdə Cavabdehlə Vahidə Mustafayeva və Tuhidin gəlini Xanım Əliyeva birlikdə gələrək, ev sənədi ilə, yəni evi girov qoymaqla kredit verilməsini xahiş etmişlər. Vahidə Mustafayevanın xahişi ilə evə dair onun adına etibarnamə verilməklə, Cavabdeh aylıq 4% olmaqla 30 ay müddətinə 24.700 manat kredit verilmişdir. Cavabdeh ilk aylar faiz ödənişi olaraq ödənişlər etmişdir, onu da gəlini Xanım Əliyeva gətirib ödəmişdir. Ümumi olaraq Cavabdeh tərəfindən 13 ay olmaqla, 10 ay yalnız faiz, son 3 ay həm faiz, həm əsas borc ödənilmişdir. Həmin müddət ərzində Tuhidin gəlini Xanım Əliyeva onlala əməkdaşlıq edərək kreditlər götürmüşdür. 2021-ci ilin iyun ayında Xanımın ödənişlərində problemlər yaranmışdır. Dəfərlərlə zəng edilməsinə baxmayaraq, Xanım zənglərə cavab verməmiş, bəzən də onları aldatmışdır. 24.06.2021-ci il tarixdə Xanım Əliyeva lombarda gələrək həyat yoldaşı X2 avtomobillə adam vurduğunu, guya ödənişləri yığıb həmin o, hadisəni yolna qoymaq üçün xərclədiyini bildirmişdir. Sonra Cavabdeh razılığı ilə 12.000 manatadək olan ödənişi Cavabdeh kreditinin üzərinə yazıb yenidən qrafik verilməsini xahiş etmişdir. Vahidə Mustafayevanın xahişi ilə kreditin yenidən rəsmiləşdirməsinə qərar vermişlər. Onlar sənədləri rəsmiləşdirənə kimi Cavabdeh telefonla danışmaq adı ilə lombarddan çıxmış və imza etməmiş lombardı tərk etmişdir. Sənədlər rəsmiləşdirilən zaman yenidən kredit verilirsə, köhnə kreditin bağlanmasına dair qəbz yazılır və həmin qəbzdə ödəyicinin əvəzinə lombardın əməkdaşları imza edir. Çünki həmin qəbz onların daxili sənədləşməsi üçün lazımdır və sənədlərinə əlavə edirlər. Cavabdeh kreditin yenidən rəsmiləşdirilməsi zamanı o, iştirak etmiş və qəbzə də o, imza etmişdir. X8 imza etdirmək adı ilə sənədləri götürüb aparmış, qəbz də sənədlərin arasında götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsini imza etmədiyi üçün həmin məbləği sistemlərinə əlavə etməmişlər. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh krediti götürdükdən sonra evə dair onun adına verdiyi etibarnaməni dərhal ləğv etdirmişdir, buna baxmayaraq evin sənədlərinin əsli hələ də onlardadır. Cavabdeh lombarda olan borcunu ödəməmişdir və onun pul öhdəliyi vardır.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayından qeyri-rəsmi olaraq, 13.01.2022-ci il tarixdən isə rəsmi olaraq “YK” kredit təşkilatında işləyir. O, rəsmi işə başlayanda müdiri İddiaçı ona göstəriş vermişdir ki, problemli kreditləri araşdırıb ona məlumat versin. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh gəlini X6 lombarda olan borcunu ödəyə bilmədiyi üçün 12.000 manat borcu Cavabdehlə razılaşmasına əsasən yeni müqavilə ilə Tuhidin adına keçirəcək. Cavabdeh əvvəlcə razılaşsa da, sənədlər hazır olduqdan sonra Tuhid siqaret bəhanəsi ilə lombarddan çıxıb getmiş, beləliklə hazırlanmış sənədlərə imza etməkdən imtina etmişdir. Xanım Əliyeva isə hazırlanmış yeni müqaviləni özü ilə aparıb imza etdirəcəyinə söz vermişdir. İddiaçı buna razı olmasa da, Xanım sənədləri xəlvəti götürüb aparmışdır. O, Xanım Əliyeva ilə bu barədə söhbət edərək, bildirmişdir ki, Tuhid gəlib az da olsa ödəniş etməlidir. Xanım isə ona bildirmişdir ki, Tuhid girov qoyulan evə dair etibarnaməni ləğv etdirmişdir. Hətta indiyə kimi Tuhidin yerinə ödənişləri onun etdiyini demişdir. Xanım ona demişdir ki, Tuhidin ödəməyə pulu yoxdur, verin polisə. O bu barədə müdirə məruzə etmiş və İddiaçı sənədləri hazırlayaraq məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:
16. Mülki Məcəllə Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
17. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir.
19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh 23.03.2020-ci il tarixdə ərizə ilə İddiaçı müraciət edərək, istehlak məqsədləri üçün 30 ay müddətinə 24.700 manat məbləğində kredit ayrılmasını xahiş etmiş və İddiaçı ilə Cavabdeh arasında 23.03.2020-ci il tarixdə 10322 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncuya 24.700 manat məbləğində 30 ay müddətinə illik 48% dərəcəsi ilə anuitet qrafik əsasında kredit verilmişdir. Ödəniş qrafikinə əsasən Cavabdeh 23.04.2020-ci il tarixdən başlayaraq 30 ay müddətində aylıq 1.428,40 manat məbləğində ödənişi həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh götürdüyü borcunu vaxtında və lazımınca ödəməmiş, nəticədə iddiaçıya borclu qalmışdır. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh götürdüyü 24.700 manat məbləğdən 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar ödəniş etməmiş, 2020-ci ilin may ayında 600 manat faiz, 2020-ci ilin iyun ayında 988 manat faiz, 2020-ci ilin iyul ayında 988 manat faiz, 2020-ci ilin avqust ayında 988 manat faiz, 2020-ci ilin sentyabr ayında 980 manat faiz, 2020-ci ilin oktyabr ayında 988 manat faiz, 2020-ci ilin noyabr ayında 980 manat faiz, 2020-ci ilin dekabr ayında 988 manat faiz, 2021-ci ilin yanvar ayında 988 manat faiz, 2021-ci ilin fevral ayında 988 manat faiz, 441 manat əsas borc olmaqla, cəmi 1.429 manat, 2021-ci ilin mart ayında 970 manat faiz, 458 manat əsas borc olmaqla, cəmi 1.428 manat, 2021-ci ilin aprel ayında 952 manat faiz, 476 manat əsas borc olmaqla, cəmi 1.428 manat, 2021-ci ilin iyun ayında 933 manat faiz, 3 manat əsas borc olmaqla, cəmi 936 manat ödəniş həyata keçirmişdir. Bununla da Cavabdeh 2022-ci ilin yanvar ayına 23.322 manat əsas, 6.531 manat faiz, 8.280 manat dəbbə pulu olmaqla, cəmi 38.133 manat borcu qalmışdır.
20. Cavabdeh tərəfin vəkili isə 24.06.2021-ci il tarixli qəbz təqdim edərək, həmin tarixdə 24.255 manat ödənilərək borcun tam bağlandığını göstərmişdir.
21. Məhkəmə cavabdehin dəlillərini əsassız sayır. Belə ki, şahid ifadələri əsasında formalaşmış işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh gəlini Xanım Əliyevanın iddiaçıya xeyli miqdarda borcu olmuş və ödəniş zamanı ödəyə bilmədiyi üçün 2021-ci ilin iyun ayında qaynatası Cavabdehlə birlikdə iddiaçıya müraciət edərək, ona məxsus 12.000 manat məbləğində borcun Cavabdeh borcuna daxil edilməklə, kreditin yenilənməsini xahiş etmişdir. Yeni müqavilənin rəsmiləşdirilməsi üçün sənədlər hazırlanmış, bu zaman Cavabdeh həmin tarixə olan köhnə borcunun ödənilməsinə dair mədaxil qəbzi də tərtib edilmişdir. Lakin Cavabdeh binadan çıxmış və geri qayıtmamışdır. Bu zaman Xanım Əliyeva sənədləri Cavabdeh imzalatmaq üçün götürmüşdür. Hazırda cavabdeh tərəfin təqdim etdiyi qəbz də məhz həmin qəbzdir, hansı ki, cavabdeh həmin qəbzə istinad edərək krediti bağladığı bildirir.
22. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən əsas borc üzrə 24.255 manat, faiz borcu üzrə 5.598 manat, 8.280 manat dəbbə pulu, cəmi 38.133 manat pulun tutulmasını xahiş etsə də, özünün təqdim etdiyi maliyyə arayışında Cavabdeh 2022ci ilin yanvar ayına 23.322 manat əsas, 6.531 manat faiz, 8.280 manat dəbbə pulu olmaqla, cəmi 38.133 manat borcunun qaldığını göstərmişdir.
23. Məhkəmə hesab edir ki, əsas borc maliyyə arayışda göstərilmiş - 23.322 manat məbləğində, faiz borcu isə iddia tələbində göstərilmiş - 5.598 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Dəbbə puluna gəlincə isə, məhkəmə əsas və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 8.280 manat dəbbə pulunu tənasübsüz yüksək hesab edir və həm borclunun maddi vəziyyətini, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq, dəbbə pulunu 100 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir.
24. Beləliklə, Cavabdeh əsas borc üzrə 23.322 manat, faiz borcu üzrə 5.598 manat, dəbbə pulu üzrə 100 manat, cəmi 29.020 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
25. İddia qismən edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə müvafiq olaraq ödənilmiş 91,84 manat məbləğində dövlət rüsumunun 70.11 manat hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməli, 21.73 hissəsi iddiaçının özünə aid edilməlidir.
26. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 23.322 (iyirmi üç min üç yüz iyirmi iki) manat, faiz borcu üzrə 5.598 (beş min beş yüz doxsan səkkiz) manat, dəbbə pulu üzrə 100 (bir yüz) manat, cəmi 29.020 (iyirmi doqquz min iyirmi) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 91,84 manat məbləğində dövlət rüsumunun 70.11 hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməli, 21.73 hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov