Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-747/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3876,32 manat əsas, 294,38 manat faiz, 242,58 manat cərimə olmaqla, cəmi 4413,28 manat məbləğində pulun və 64.14 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına, tələblərin 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında 09.08.2021-ci il tarixli GNLMB11234 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsinə: Sep 3 ədəd, çəkisi - 26,6 qr, əyarı -583, sırqa 3 ədəd, çəkisi — 15.1 qr, əyanı -583, üzük 8 ədəd, çəkisi — 31.5 qr, əyan -583, klon 1 ədəd, çəkisi — 0,4 qr, əyarı -583, klon 1 ədəd, çəkisi — 4,6 qr, əyan - 750, cəmi: 78,2 qr., həmin qızıl-zinyət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı kredit müqaviləsi üzrə cəmi məbləği, 4413,28 manat məbləğində pulun və 64,14 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4154 manat məbləğində cavabdehə kredit verilmiş, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızılzinyət əşyaları girov qoyulmuşdur: Sep 3 ədəd, çəkisi — 26.6 qr, əyarı -583; Sırqa 3 ədəd, çəkisi- 15.1 qr. əyarı -583; Üzük 8 ədəd, çəkisi- 31.5 qr. əyarı -583; Klon 1 ədəd, çəkisi - 0,4 qr, əyarı -583; Klon 1 ədəd, çəkisi - 4.6 qr, əyarı -750; cəmi: 78.2 qr. 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya). faizləri və əsas borc məbləğin tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış 09.08.2021-ci il tarixli GNLMB- 11234 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit muqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 09-dan gec olmayaraq ayda 232.26 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 faiz həcmində dəbbə pulu hesablanır. 25 yanvar 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 09.08.2021-ci il tarixli GNLMB-11234 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 3876,32 manat, faiz borcuna görə 294.38 manat, cərimə borcuna görə 242.58 manat olmaqla, borcun cəmi məbləği 4413,28 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, əsas məbləğlə razı olduğunu cərimə məbləği ilə razı olmadığını, bank tərəfindən yeni qrafik açılarsa hər ay hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasını iştirakı olmadan keçirərək işə baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.08.2021-ci il tarixli GNLMB- 11234 saylı bank kredit müqaviləsindən görünür ki, 24 ay müddətinə illik 30% ödəmək şərtilə 4154 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.08.2021-ci il tarixli GNLMB- 11234 saylı saxlanc girov müqaviləsindən görünür ki, cavabdeh ona məxsus Sep 3 ədəd, çəkisi — 26.6 qr, əyarı -583; Sırqa 3 ədəd, çəkisi- 15.1 qr. əyarı -583; Üzük 8 ədəd, çəkisi- 31.5 qr. əyarı -583; Klon 1 ədəd, çəkisi - 0,4 qr, əyarı -583; Klon 1 ədəd, çəkisi — 4.6 qr, əyarı -750; cəmi: 78.2 qr olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. - 10.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu, 3876,32 manat əsas, 294,38 manat faiz, 242,58 manat cərimə olmaqla, cəmi 4413,28 manat təşkil edir. - 09.08.2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh ərizə verərək tərəfindən qrafika uyğun ödənişlərdə gecikmələr olarsa və ya kredit müqaviləsinin müddəti bitərsə, banka gəlmədiyi halda girov qoyduğu qızıl-zinət əşyalarının bank tərəfindən yenidən bank daxili qiymətləndirmə apararaq bankdaxili satılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtıvaxtında icra etməmiş və onun 3876,32 manat əsas, 294,38 manat faiz, 242,58 manat cərimə olmaqla, cəmi 4413 manat 28 qəpik borcu ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 20 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsində də təmin edilməlidir. Çünki cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədiklərindən iddiaçının tələbinin ödənilməsi üçün tutmanın girov qoylmuş əşyalara yönəldilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3876.32 manat əsas, 294.38 manat faiz, 20 manat cərimə, cəmi 4190.7 manat məbləğində borc tutularaq ödənilməli, tutma girov qoyulmuş 26,6 qr. 3 ədəd 583 əyyarlı boyunbağına, 15.1 qr. 583 əyarlı 3 ədəd sırğaya, 31.5 qr. 583 əyarlı 8 ədəd üzüyə, 0,4 qr. 583 əyarlı 1 ədəd klona, 4,6 qr. 750 əyarlı 1 ədəd klona yönəldilməli, həmin əmlaklar açıq hərracda satılaraq borc ödənilməli, həmin qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədik də qalan borc cavabdehdə ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 64.14 manat dövlət rüsumunun 60 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3876.32 manat məbləğində kredit borcu, 294.38 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4190 (dörd min yüz doxsan) manat 70 (yetmiş) qəpik borc və ödənilmiş 64.14 manat dövlət rüsumunun 60 (altmış) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma girov qoyulmuş 26,6 qr. 3 ədəd 583 əyyarlı boyunbağına, 15.1 qr. 583 əyarlı 3 ədəd sırğaya, 31.5 qr. 583 əyarlı 8 ədəd üzüyə, 0,4 qr. 583 əyarlı 1 ədəd klona, 4,6 qr. 750 əyarlı 1 ədəd klona yönəldilsin və həmin əmlaklar açıq hərracda satılaraq borc ödənilsin. Həmin qızıl-zinət əşyalarının satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədik də, qalan borc Cavabdeh ümumi qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-747/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-747/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver