Məhkəmə qərarları › İş №e-2(044)-751/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-751/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-751/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı AccessBank QSC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavadeh Cavabdeh2 iştirakı ilə, İddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: AccessBank QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin və 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1327.72 manat məbləğində kredit bоrcu, 6.25 manat məbləğində faiz bоrcu və 385.4 manat məbləğində cərimə olmaqla, cəmi 1719.37 (min yeddi yüz on doqquz manat otuz yeddi qəpik) manat məbləğində bоrcun, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5680.6 manat məbləğində kredit bоrcu, 36 manat məbləğində faiz bоrcu və 2593.37 manat məbləğində cərimə olmaqla, cəmi 8309.97 (səkkiz min üç yüz doqquz manat 97 doxsan yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 120.09 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 AccessBank QSC ilə 02.12.2019cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1580(bir min beş yüz səksən) manat məbləğində kredit götürmüşdür. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 252.28 manat ödəniş etmiş və onun iddiaçıya 1327.72 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, bildirir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 31.01.2022-ci il tarixə 182 gün üçün hesablanmış faiz borcu 6.25 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 faizi məbləğində, lakin ümumi məbləğ 5(beş) il ərzində 0.1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. 31.01.2022-ci il tarixə 182 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 385.4 manat təşkil edir. Bundan başqa Cavabdeh1 AccessBank QSC ilə 02.12.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 6329.81(altı min üç yüz iyirmi doqquz manat 81 qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. O götürdüyü kredit borcundan 649.21 manat ödəniş etmiş və onun iddiaçıya 5680.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, bildirir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 31.01.2022-ci il tarixə 243 gün üçün hesablanmış faiz borcu 36 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 faizi məbləğində, lakin ümumi məbləğ 5(beş) il ərzində 0.1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. 31.01.2022-ci il tarixə 243 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2593.37 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iddiaçı AccessBank QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, bir müddət ödənişlər etdikdən sonra maddi imkanları aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilməmişlər. Borcun qalan hissəsini yalnız hissə-hissə ödəyə bilərlər. Odur ki, iddia tələbinin qismən təmin olunmasını, iddia tələbinin cərimə hissəsində onlara köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02.12.2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı AccessBank QSC ilə Cavabdeh1 02.12.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1580(bir min beş yüz səksən) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 02.12.2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı AccessBank QSC ilə Cavabdeh1 02.12.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 6329.81(altı min üç yüz iyirmi doqquz manat 81 qəpik) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 006G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan 006G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2019-cu il tarixli 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan kredit müqavilələrinin 4.2.3-cü bəndlərindən görünür ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 faizi məbləğində, lakin ümumi məbləğ 5(beş) il ərzində 0.1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. İş materiallarında olan 10.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə banka 5680.6 manat məbləğində kredit bоrcu, 36 manat məbləğində faiz bоrcu və 2593.37 manat məbləğində cərimə olmaqla, cəmi 8309.97 (səkkiz min üç yüz doqquz manat 97 doxsan yeddi qəpik) manat borc yaranmışdır. İş materiallarında olan 10.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə banka 1327.72 manat məbləğində kredit bоrcu, 6.25 manat məbləğində faiz bоrcu və 385.4 manat məbləğində cərimə olmaqla, cəmi 1719.37 (min yeddi yüz on doqquz manat otuz yeddi qəpik) manat yaranmışdır. İş materiallarında olan AccessBank QSC tərəfindən cavabdehlərə ünvanlanmış 22.12.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-Mülki Məcəllə)14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən kredit, ona hesablanmış faiz və cərimə borcu tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2 maddəsinə əsasən: “Əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 02.12.2019-cu il tarixli 006A********** saylı və 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələrinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızdıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, AccessBank QSC tərəfindən 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 385.4 manat məbləğində məbləğində cərimə borcu yüksək olduğu üçün 10 manat məbləğinədək, eyni zamanda 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 2593.37 manat məbləğində cərimə borcu yüksək olduğu üçün 90 manat məbləğinədək azaldılmalı və iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120.09 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2019-cu il tarixli 006A********** saylı və 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv edilməli, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1327.72 manat məbləğində kredit bоrcu, 6.25 manat məbləğində faiz bоrcu və 10 manat məbləğində cərimə olmaqla, cəmi 1343.97(bir min üç yüz qırx üç manat doxsan yeddi qəpik) manat məbləğində bоrcun, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5680.6 manat məbləğində kredit bоrcu, 36 manat məbləğində faiz bоrcu və 90 manat məbləğində cərimə olmaqla, cəmi 5806.6 (beş min səkkiz yüz altı manat altmış qəpik) məbləğində borc və ödənilmiş 120.09 manat məbləğində dövlət rüsumu tutularaq AccessBank QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2019-cu il tarixli 006A********** saylı və 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv edilsin. 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1327.72 manat məbləğində kredit bоrcu, 6.25 manat məbləğində faiz bоrcu və 10 manat məbləğində cərimə olmaqla, cəmi 1343.97(bir min üç yüz qırx üç manat doxsan yeddi qəpik) manat məbləğində bоrc, 02.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5680.6 manat məbləğində kredit bоrcu, 36 manat məbləğində faiz bоrcu və 90 manat məbləğində cərimə olmaqla, cəmi 5806.6 (beş min səkkiz yüz altı manat altmış qəpik) məbləğində borc və ödənilmiş 120.09 manat məbləğində dövlət rüsumu tutularaq AccessBank QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar