Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-884/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirərək 27 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ¼ hissəsi miqdarda alımentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə 01.12.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından onların 27 sentyabr 2008-ci il tarixdə Aysu adlı qızları dogulmuşdur .Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2010-cu il qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş,Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli 2(044)- 965/11 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan 27 sentyabr 2008-ci il tarixdə doğulmuş Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin cavabdehdən tutularaq iddiaçıya veilməsi qət edilmişdir. 26 noyabr 2019-cu il tarixdən cavabdeh “SOCAR”-da X1 Təmir-Tikinti İdarəsinin sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini işləməklə, aylıq vəzifə maaşı 1250 manat təşkil edir. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, həqiqətən 1050 manat əmək haqqı alsa da, onun aylıq xərcləri həddindən artıqdır. Belə ki, hazırda o, Bakı şəhərində kirayədə yaşayır və aylıq 130 manat kirayə pulu ödəyir. Onun himayəsində xəstə anası və hamilə arvadı vardır. Eyni zamanda o, ayda əmək haqqında 531 manat kredit ödəyir. Ona görə də iddanın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 17.02.2022-ci il tarixdə bağlanmışdır. - Doğum haqıqnda şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan 27 sentyabr 2008-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. - X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh X3 iştirak etməmiş, İddiaçı X3 iştirak etmişdir. Cavabdehin etiraz ərizəsinə aşağdakı sənədləri əlavə etmişdir: - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin verdiyi ailə tərkibi haqqında arayışdan görünür ki, Əliyev X4 qəsəbəsi, cənub küçəsi, fərdi yaşayış evində anası Əliyeva Elminaz Müzəffər qəzə və arvadı X9 ilə birgə yaşayır. - Azərbaycan Kredit Bürosu MMC-nin çıxarışından görünür ki, Cavabdeh 05.12.2011-ci il tarixdə kredit götürmüş, aylıq ödəniş məbləği 531.64 manatdır. - Sumqayıt şəhər Tibb mərkəzinin 29.04.2022-ci il tarixli arayışından görünür ki, Axsu rayonu Gəgəli kəndində qeydiyyatda olan Sumqayıt şəhər Kimyaçılar küçəsi. Ev 2də yaşayn 30.11.1987-ci il təvəllüdlü X9 həqiqətən Sumqayıt şəhər 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ginekoloji kabinetdə hamilə kimi qeydiyyatdadır. Hazırda o, 20-21 həftəlik hamilədir. - Medıstyle Hospitalın MRT çıxarışı və reseptlərdən görünür ki, X2 Demensiya (Azheimer) xəstəliyi diaqnozu qoyulmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, cavabdeh Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyində şöbə rəisinin müavini işləyir və aylıq əmək haqqısı 2005 manat təşkil edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1. və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment tutulur. - 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Cavabdeh etiraz ərizəsində xəstə anasının və hamilə arvadının onun himayəsində olduğunu, ikinci dəfə ailə qurduğunu, kirayədə yaşadığını və kredit ödədiyini əsas gətirək iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ikinci dəfə ailə qurmaq, anasına maddi köməklik göstərmək, kredit ödəmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Həmçinin Elektron Məhkəmə Sistemindən görünür ki, cavabdehin kifayət qədər sabit orta aylıq gəliri vardır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal qidalanmasını, fiziki, sosial və əqli cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olmasını, cavabdehin sabit orta aylıq gəlirinin olmasını, həmçinin cavabdehin etirazda göstərdiyi halları, yəni ikinci dəfə ailə qurmasını, himayəsində xəstə anasının və hamilə arvadının olmasını, kirayədə yaşamasını, kredit borcunun olmasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/5 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.03.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən X3 iştirak etmədiyini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, tələb etdiyi alimentin artımının 1 illik ödəməsinin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu üçün ödənilməli olan 62 manatın 50 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.05.2011-ci il tarixli, 2(044)-965/2011 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 27 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/5 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun və Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-884/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-884/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver