Məhkəmə qərarları › İş №e-2(044)-907/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-907/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-907/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli kredit müqaviləsi üzrə 2402.45 manat əsas, 33.70 manat faiz olmaqla, cəmi 2436.15 manat və 44.37 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2501.19 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borclu əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, banka olan borcunu ödəməmişdir. 23.02.2022-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 2402.45 manat əsas, 33.70 manat faiz olmaqla, cəmi 2436.15 manat məbləğində kredit borcu yaranmışdır. Borcalan Əliyev Şahin Etibar oğlu və X2 02.09.2014-cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə əsas öhtəliyi lazımınca icra etmədiklərindən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25.12.2018-ci il tarixli, 2(044)-5522/2018 saylı məhkəmə qətnaməsi üzrə cavabdehlər Əliyev Şahin Etibar oğlundan və X1 2456.06 manat məbləğində əsas borc və 468.83 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2954.89 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra heç bir ödəniş aparılmamışdır. AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 kredit borcu restrukturizasiya siyahisinə düşmüşdür. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək əsas borc üzrə 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli güzəştli kredit müqaviləsi 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. İcra işinə 06.08.2019-cu il tarixli ərizə əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli Güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2501.19 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin krediti faizləri ilə birlikdə müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. - 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, 01 avqust 2019-cu il tarixli, 800821-72189/11 nömrəli Güzəştli kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 ilə arasında zainlik müqavilə bağlanmış və borclu Cavabdeh1 01 avqust 2019-cu il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01 avqust 2019-cu il tarixli 800821-72189/11 nömrəli kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsinə, 60 ay müddətinə 2501.19 manat kredit götürmüşdür. Belə ki, 23.02.2022-ci il tarixə borcalanın banka 2402.45 manat əsas, 33.70 manat faiz olmaqla, cəmi 2436.15 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 510 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq kredit və zaminlik müqavilələrinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 44.37 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01.08.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə 2402.45 manat əsas, 33.70 manat faiz olmaqla, cəmi 2436 (iki min dörd yüz otuz altı) manat 15 (on beş) qəpik borc və 44 (qırx dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar