Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-919/2020 23.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1na və Cavabdeh2na qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2na qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan müştərək qaydada əsas borc üzrə 4800.28 manat, faiz borcu üzrə 2312.81 manat, 85.47 manat cərimə, cəmi 7208.56 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 4341/2018 saylı məhkəmə əmri ilə cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan cəmi 7208.56 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-4341/2018 saylı qərardadı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-4341/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışı təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehlərə 5123.32 manat məbləğində kredit verilmişdir. Cavabdehlər kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2020-ci il tarixli 0572/2020 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli RO/00574/56/29 saylı kredit müqaviləsinə əsasən İddiaçı-yə xx.xx.2020-ci il tarixə 4308.21 manat əsas borcu, 2143.12 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan müştərək qaydada əsas borc üzrə 4308.21 manat, faiz borcu üzrə 2143.12 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumu ödənilməmiş 10 (on) manat hissəsi Cavabdeh1ndan tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan müştərək qaydada əsas borc üzrə 4308.21 manat, faiz borcu üzrə 2143.12 manat və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Cavabdeh1ndan dövlət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-919/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-919/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver