Məhkəmə qərarları › İş №e-2(044)-93/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-93/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-93/2022 13.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi Cavabdeh – Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit, ona hesablanmış faiz borcunun qödənilməsi, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Bank Standart” QSC-nin Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 21.05.2013-cü il tarixli 100/04/2615/13 saylı kredit müqaviləsi üzrə 16000.09 manat məbləğində əsas, 2197.80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 18197.89 manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60(altmış) manat məbləğində pulun; ipoteka predmetinin ilkin satış qiyməti 77000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0352 ha torpaq sahəsinə yönəldilməsinə və açıq hərracdən satılmasına; mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı LPO "xxxx" QSC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir.(Ərizə iş materiallarına əlavə edildi). Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.3.-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən isə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə məhkəmə, yuxarıda şərh olunanlara və qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etməməsini üzrsüz hesab edərək, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 işə mahiyyəti üzrə baxılmasının tələb etmədiyinə əsaslanaraq hesab edir ki, hazırki iddia tələbi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı LPO "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit, ona hesablanmış faiz borcunun qödənilməsi, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar