Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1022/2024 17.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Bankı ASC-nin cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli DKM/013N05A01366622 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borcalandan və zamindən tutulması” tələbinə dair iddiаsı üzrə işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bankı ASC-nin cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, xx.xx.2022-ci il tarixli DKM/013N05A01366622 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 8529,61 (səkkiz min beş yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 678,97 (altı yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 54,06 (əlli dörd manat sıfır altı qəpik) manat məbləğində penya, cəmi 9262,64 (doqquz min iki yüz altmış iki manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı) faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 112,62 (bir yüz on iki manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bankı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01366622 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borcalan 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/013N05A01366622/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 nömrəli əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh X2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə Cavabdeh1 kreditor qarşısında gecikdirilmiş borcu 9208,58 (doqquz min iki yüz səkkiz manat əlli səkkiz qəpik) manat təşkil edir ki, bunun da 8529,61 (səkkiz min beş yüz iyirmi doqquz manat altmış bir qəpik) manat vaxtı keçmiş əsas borcdan, 678,97 (altı yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə bu məbləğ 54,06 (əlli dörd manat sıfır altı qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 (Borcalan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh2 (zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli İSM-XO- 5.7.2023-002 №-li xəbərdarlığın və xx.xx.2023-cü il tarixli İSM-XO-18.8.2023-001 №-li öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, DKM/013N05A01366622 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Bankı ASC Cavabdeh1 36 ay müddətinə, illik 16 faiz dərəcəsi olmaqla 10000 (on min) manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh2 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəlik götürmüşdür; "xxxx" Bankı ASC tərəfindən verilmiş “öhdəliklərin yerinə yetirilmədiyinə görə” xx.xx.2024-cü il tarixli cədvəldən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, DKM/013N05A01366622 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Bankı ASC-yə xx.xx.2024-cü il tarixinə 8529,61 (səkkiz min beş yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində vaxtı keçmiş borc, 678,97 (altı yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində adi faizlər üzrə borc, 54,06 (əlli dörd manat sıfır altı qəpik) manat məbləğində faiz üzrə borc, cəmi 9262,64 manat bоrcu vardır; Hökumət Ödəniş Pоrtаlının ********** nömrəli xx.xx.2024-cü il tаriхli mədахil qəbzindən görünür ki, "xxxx" Bankı ASC hаzırkı tələb üzrə 112,62 mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 "xxxx" Bankı ASC tərəfindən xx.xx.2022-ci il tarixli DKM/013N05A01366622 nömrəli kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuş və nəticədə bank qarşısında onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin, Cavabdeh2 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci mаddəsinə əsаsən bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pоzuntusu üçün məsuliyyət dаşıyır. 448.4-cü mаddəsinə əsаsən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının tələbi həmin hissələrdə qeyri-müəyyəndir. Tələb ümumi şəkildə qeyd edilməklə konkret məbləğ göstərilməmişdir. Məhkəmə iclasında isə iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, bu zaman aydınlaşdırılmalı olan əsas məqam iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələyə aydınlıq gətirilməsidir. Çünki yuxarıda da qeyd olunduğu kimi müqavilədən irəli gələn birinci tələb kredit vəsaitindən kredit müqaviləsində müəyyən edilmiş istifadə haqqı olmaqla müqavilə üzrə pulun verilmə müddətinin bitdiyi tarixədək hesablana bilər. İkinci tələb isə müqavilə öhdəliklərinin pozulmasından irəli gələn və mülki qanunvericilikdə nəzərdə tutulan faiz formasında zərəri təşkil edir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə 36 ay müddətinə bağlanmış və kredit müqaviləsinin müddəti bitməmişdir. Odur ki, müqavilə müddəti ərzində müqavilə şərtlərinə uyğun faiz hesablanması ilə bərabər əlavə faiz hesablanması barədə tələb əsaslı hesab edilə bilməz. Beləliklə, kreditin verilməsi müddəti dövrü üçün kreditorun həmin müqaviləyə uyğun əlavə faiz və dəbbə pulu tələbinin maddi hüquqi əsası yoxdur. Bu cür müqavilələr üzrə yalnız müqavilədə pulun verilməsi müddətinin bitdiyi günədək müqavilə üzrə hesablanmış faiz (istifadə haqqı) və dəbbə pulu borcu tələbi təmin oluna bilər. Tələbə zərər kimi yanaşdıqda isə zərər kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün və öhdəliyin icra edilməməsinə görə hesablanan faizlərdir, lakin, kredit müqaviləsinin müddəti bitməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 8529,61 (səkkiz min beş yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində əsas borc, 678,97 (altı yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 54,06 (əlli dörd manat sıfır altı qəpik) manat məbləğində penya olmaqla, cəmi 9262,64 (doqquz min iki yüz altmış iki manat altmış dörd qəpik) manat məbləğində borc pul və ödənilmiş 112,62 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 8529,61 (səkkiz min beş yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində əsas borc, 678,97 (altı yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 54,06 (əlli dörd manat sıfır altı qəpik) manat məbləğində penya olmaqla, cəmi 9262,64 (doqquz min iki yüz altmış iki manat altmış dörd qəpik) manat məbləğində borc pul və ödənilmiş 112,62 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1022/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1022/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver