Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1048/2025 04.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Samir оğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc" tələbinə dair iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6199,27 AZN əsas, faiz borcu üzrə 1322,22 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 7521,49 AZN və ödənilmiş 95,22 AZN məbləğində dövlət rüsumunun İddiaçı MMQBKT-nin xeyrinə tutulması qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiaçı MM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0840 kredit mülqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradilması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 7300 AZN kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh hər ay 338 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq eyni tarixli, **********0840 – ******* saylı zaminlik müqaviləsi ilə X1, **********0840 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi ilə zaminlər qismində kredit müqaviləsinin tərəfi olmuşlar. Lakin, cavabdehlər öhdəliyi yerinə yetirməmişlər. Beləliklə, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 əsas borc üzrə 6199,27 AZN əsas, faiz borcu üzrə 1322,22 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 7521,49 AZN təşkil edir. İddianın təmin olunmasını barədə məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" MMM QBKT elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə baxış iclasının onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsiını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MM QBKT Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0840 saylı kredit mülqaviləsindən görünür ki, Cavabdeh3 ailə-kəndli təsərrüfatının yaradilması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 7300 AZN kredit verilmisdir. xx.xx.2023-cü il tarixli, **********0840 saylı kredit müqaviləsindən görünür ki, eyni tarixdə, **********0840 – ******* saylı zaminlik müqaviləsi ilə X1, **********0840 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər həmin kredit mülqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşlar. 14 aprel 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, **********1320 saylı kredit mülqaviləsi üzrə Cavabdeh3 oğunun əsas borc üzrə 5267 AZN əsas, faiz borcu üzrə 1445,78 AZN, cərimə borcuna görə 206,64 AZN olmaqla, cəmi 6919,42 AZN təşkil edir İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 95,22 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1981-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Goranboy şəhəri Qızılhacılı qəbəsində D.Məmmədov küçəsi ev 4-də qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Məməd oğlu xx.xx.1951-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Goranboy rayonun Qızılhacılı qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1952-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Goranboy rayonun Qızılhacılı qəsəbəsində qeydiyyatdadır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0840 kredit mülqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradilması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 7300 AZN kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh hər ay 338 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini olaraq eyni tarixli, **********0840 – ******* saylı zaminlik müqaviləsi ilə X1, **********0840 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi ilə zaminlər qismində kredit müqaviləsinin tərəfi olmuşlar. Lakin, cavabdehlər öhdəliyi yerinə yetirməmişlər. Beləliklə, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 əsas borc üzrə 6199,27 AZN əsas, faiz borcu üzrə 1322,22 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 7521,49 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 95,22 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, bununla da iddia tələbinin qanuni əsası yarandığından iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6199,27 AZN əsas, faiz borcu üzrə 1322,22 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 7521,49 AZN və ödənilmiş 95,22 AZN (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6199,27 AZN əsas, faiz borcu üzrə 1322,22 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, cəmi 7521,49 AZN və ödənilmiş 95,22 AZN ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMM QBKT-nin хеyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №e-2(045)-1048/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1048/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver