Məhkəmə qərarları › İş №e-2(045)-1054/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1054/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1054/2025 12.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi ilə, Tərəflərin iştirakı olmadan. İddiaçı MMM QBKT-nın cаvаbdеh Cavabdeh qаrşı “kredit borcunun qaytarılması” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı MMM QBKT Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********0458 saylı kredit müqaviləsi üzrə borcun məbləği 761.17 AZN əsas, faiz borcu üzrə 10.11 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 771.28 (yeddi yüz yetmiş bir manat, iyirmi səkkiz qəpik), həmçinin **********0461 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1459.00 AZN əsas, faiz borcu üzrə 20.28 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1479.28 (bir min dörd yüz yetmiş doqquz manat, iyirmi səkkiz qəpik) AZN və ödənilmiş 42.51 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0458 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 766.50 AZN (yeddi yüz altmış altı manat, əlli qəpik); Həmçinin eyni tarixli, **********0461 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Muqaviləsi ilə bu Muqavilə imzalanan tarixə 1459.00 AZN (bir min dörd yüz əlli doqquz manat, sıfır qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il guzəşt muddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0458 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il guzəşt muddətində hər ay 0.66 AZN, dord il muddətində isə hər ay 16.30 AZN olmaqla və **********0461 saylı kredit muqaviləsi uzrə bir il guzəşt muddətində hər ay 1.26 AZN, dörd il müddətində isə hər ay 31.03 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tütülmuşdür. Lakin, cavabdeh, Cavabdeh oğlü üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlünün **********0458 saylı kredit müqaviləsi üzrə borcün məbləği 761.17 AZN əsas, faiz borcü üzrə 10.11 AZN, cərimə borcüna gorə 0.00 AZN olmaqla cəmi 771.28 (yeddi yüz yetmiş bir manat, iyirmi səkkiz qəpik) AZN təşkil edir. Həmçinin, **********0461 saylı kredit müqaviləsi üzrə borcün məbləği 1459.00 AZN əsas, faiz borcü üzrə 20.28 AZN, cərimə borcüna görə 0.00 AZN olmaqla cəmi 1479.28 (bir min dörd yüz yetmiş doqqüz manat, iyirmi səkkiz qəpik) AZN təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər gəlməmişlərdir. İddiaçı MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini qeyd edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakion Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, **********0458 nömrəli kredit müqaviləsi və əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 766,50 manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 16,30 manat (ilk 12 ay güzəştli şərtlərlə və sonuncu ay 16,38 manat) ödəniş etməlidir; xx.xx.2019-cu il tarixli, **********0461 nömrəli kredit müqaviləsi və əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 1459 manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 31,03 manat (ilk 12 ay güzəştli şərtlərlə və sonuncu ay 30.99 manat) ödəniş etməlidir; 18 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0458 nömrəli və xx.xx.2019-cu il tarixli, **********0461 nömrəli kredit müqavilələri üzrə xx.xx.2025-ci il tarixə 2220,17 manat əsas; 30,39 manat faiz, cəmi 2250,56 manat borcu vardır; Hökümət ödəniş portalının **********71 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, İddiaçı MMM QBKT 42,51 manat məbləğində məhkəməyə dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli, **********0458 nömrəli kredit müqaviləsinə əsasən bоrcаlаnа 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 766,50 manat məbləğində kredit vermişdir, həmçinin xx.xx.2019-cu il tarixli, **********0461 nömrəli kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 1459 manat məbləğində kredit vermişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2025-ci il tarixə banka xx.xx.2019-cu il tarixli, **********0458 nömrəli və xx.xx.2019-cu il tarixli, **********0461 nömrəli kredit müqavilələri üzrə 2220,17 manat əsas, 30,39 manat faiz olmaqla, cəmi 2250,56 manat borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMM QBKT-nin xeyrinə xx.xx.2019-cu il tarixli, **********0458 və **********0461 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələri üzrə 2220,17 manat əsas, 30,39 manat faiz olmaqla, cəmi 2250,56 manat məbləğində borc pul və ödənilmiş 42,51 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin еdilsin. Cavabdeh İddiaçı MMM QBKT-nin xeyrinə xx.xx.2019-cu il tarixli, **********0458 və **********0461 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələri üzrə 2220,17 manat əsas, 30,39 manat faiz olmaqla, cəmi 2250,56 manat məbləğində borc pul və ödənilmiş 42,51 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar