Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1081/2025 15.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "X7" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X7" Açıq Səhmdar Cəmiyyəti Goranboy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4870.56 manat məbləğində əsas borcun, 688.3 manat məbləğində faiz borcunun, 125.42 manat məbləğində cərimə borcunun cəmi 5684.28 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş etmişdir. Hakim mülki işi tədqiq edərkən müəyyən etdi ki, Goranboy Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi 2(045)-1080/2025 saylı mülki iş vardır və həmin mülki işlərdə tərəflər eyni olmaqla, iddianın predmeti də bir-biri ilə əlaqədardır, ona görə həmin mülki işlərin bir icraatda birləşdrilib baxılması mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. iddiaçı X1 cavabdeh X4 qarşı “aliment” tələbinə dair 2(045)-916/2025 nömrəli mülki işlə Goranboy Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair 2(005)-889/2025 nömrəli mülki iş bir icraatda birləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "X7" ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia ərizəsi üzrə 2(045)- 1081/2025 saylı mülki iş Goranboy Rayon Məhkəməsinin icraatında olan iddiaçı "X7" ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia ərizəsi üzrə 2(045)-1080/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 169 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "X7" ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia ərizəsi üzrə 2(045)-1081/2025 saylı mülki iş Goranboy Rayon Məhkəməsinin icraatında olan iddiaçı "X7" ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasına” dair iddia ərizəsi üzrə 2(045)- 1080/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1081/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1081/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver