Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1235/2024 22.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borc, 8.77 AZN cərimə borcu olmaqla,cəmi 7481.58 AZN borcunun, həmçinin 94.82 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 5200***-*******02L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə illik 17 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11000 AZN məbləğində sms kredit verilmişdir. Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçıSC-yə xx.xx.2024-cü il tarixə 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borcu, 8.77 AZN cərimə borcu olmaqla,cəmi 7481.58 AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 5200***-*******02L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə illik 17 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11000 AZN məbləğində sms kredit verilmişdir. Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borcu, 8.77 AZN cərimə borcu olmaqla,cəmi 7481.58 AZN borcu qalmaqdadır.Cavabdeh 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borc, 8.77 AZN cərimə borc olmaqla, cəmi 7481.58 AZN borcun, həmçinin 94.82 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İddiaçı ASC ilə bağlanmış 5200***-*******02L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə illik 17 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11000 AZN məbləğində sms kredit verməyi, Cavabdeh isə kredit məbləğini götürməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı ASC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh illik 17 % ödəmək və xx.xx.2025-ci ilədək qaytarmaq şərti ilə 11000 AZN kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cİ il tarixli, 5211***- *******02 saylı kredit müqaviləsinə əlavəyə uyğun olaraq tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 36 ay ərzində hər ay 392,33 (sonuncu ödəniş 392,37) manat ödəməli idi; İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 7223,32 manat əsas kredit borcu, 324,45 manat kreditdən istifadəyə görə faiz borcu, 24,66 manat cərimə olmaqla, cəmi 7572,43 manat təşkil edir; İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətinə əsasən cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit borcunun 3 gün ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdilər; İşdə olan dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə müraciət edərkən 94,82 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh illik 17 % ödəmək və xx.xx.2025-ci ilədək qaytarmaq şərti ilə 11000 AZN məbləğində kredit xətti açılmış və həmin məbləğ kredit kartı vasitəsi ilə ona verilmişdir. Cavabdeh İddiaçı ASC-dən həmin məbləğdə pulu kart vasitəsi ilə almış və həmin kredit müqaviləsi üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsini həyata keçirməyi, habelə ödənişlərin gecikdirməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə Banka borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yenidən icra etməmiş və bu səbəbdən bank hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən, həmin kredit müqaviləsi üzrə Cavabdeh Banka 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borc, 8.77 AZN cərimə borcu olmaqla,cəmi 7481.58 AZN borcunun yarandığını iddia edir və həmin məbləğin tutulmasını cavabdehdən tələb edir. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə əlavə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borcu, 8.77 AZN cərimə borcu olmaqla,cəmi 7481.58 AZN borc və 94.82 AZN ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7223.32 AZN əsas kredit borcu, 249.49 AZN kreditdən istifadəyə görə faiz borcu, 8.77 AZN cərimə borcu olmaqla,cəmi 7481.58 AZN borc və 94.82 AZN ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-1235/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1235/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver