Məhkəmə qərarları › İş №e-2(045)-1338/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1338/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1338/2024 17.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi Məmmədova Nurcan İlham qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 10000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 366,66 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 233,33 manat, cəmi 10599,99 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,68 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması, 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsinə əsasən yüklülük predmetinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etrmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 5241072-K nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22% hesablanmaq şərti ilə 10000 manat məbləğində təsərrüfatda istifadə məqsədilə kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsi imzalanmışdır. Müqavilənin təminatı olaraq Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək girov qoyulmuşdur. Lakin Cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 10000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 366,66 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 233,33 manat, cəmi 10599,99 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,68 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması, 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsinə əsasən yüklülük predmetinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 5241072-K nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 7 ay müddətinə illik 22% hesablanmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 001/GM/112/5241072 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən öhdəliyin təmini üsulu kimi 1 nömrəli akta əsasən 6 baş inək girov qoyulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 001/GM/112/5241072 saylı girov müqaviləsinə əlavədən görünür ki, 6 baş inəyin bazar dəyəri 9000 manat, likvid dəyəri 7000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 10000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 366,66 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində Banka vurulmuş zərər üzrə 233,33 manat, cəmi 10599,99 manat ödənilmiş borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 121,68 manat ödənilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borcu olduğunu və həmin müqavilə üzrə olan şərtlərini icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 5241072-K nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22% hesablanmaq şərti ilə 10000 manat məbləğində təsərrüfatda istifadə məqsədilə kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsi imzalanmışdır. Müqavilənin təminatı olaraq Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək girov qoyulmuşdur. Lakin Cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 10000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 366,66 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) üzrə 233,33 manat, cəmi 10599,99 manat ödənilmiş borcu yaranmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin əmlaka yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasını, onun götürülməsini, eləcə də satılmasını əhatə etdiyindən, həmçinin əmlakın satılması məhkəmə qətnaməsinin icrası mərhələsində həyata keçirilməli olduğundan iddia tələbinin Əlövsət Nəcəf oğluna məxsus Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək olan daşınar əmlakın – yəni girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi hissəsi hazırki mərhələdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 10000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 366,66 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranı gecikdirilməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 233,33 manat, cəmi 10599,99 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,68 manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilməli, tutma Cavabdeh məxsus Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək olan daşınar əmlaka yönəldilməli, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı «İddiaçı ASC-nin Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə Banka əsas borc üzrə 10000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 366,66 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirilməsi nəticəsində Banka vurulmuş zərər üzrə 233,33 manat, cəmi 10599,99 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,68 manat pul İddiaçı ASC-nin xeyrinə tutulsun, 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsinə əsasən yüklülük predmeti olan 6 baş inək İddiaçı ASC-nin sahibliyinə verilsin. Tələb 24 iyun 2023-cü il tarixli 001/GM/112/5241072 saylı Girov müqaviləsinə əsasən Cavabdeh məxsus Goranboy rayonu Bəşirli kəndində yerləşən 1 nömrəli akta əsasən 6 baş inək olan daşınar əmlaka yönəldilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar