Məhkəmə qərarları › İş №e-2(045)-1391/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1391/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1391/2025 17.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1,iddiaçı “X3 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Kredit Təşkilatı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X3 Kredit Təşkilatı” ASC-nin xeyrinə 4687,86 AZN (dörd min altı yüz səksən yeddi manat,səksən altı qəpik) məbləğində əsas borcu 1291,34 AZN (bir min iki yüz doxsan bir manat, otuz dörd qəpik) faiz borcu, cəmi 5979,20 AZN (beş min doqquz yüz yetmiş doqquz manat, iyirmi qəpik)məbləğində borcun və 79,80 AZN (yetmiş doqquz manat,səksən qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, verilmiş iddia sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə və ya onun verilməsinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsilə (bundan sonra – MPM) müəyyən edilmiş qayda, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir,lakin iddiaçı “X3 Kredit Təşkilatı” ASC iddia ərizəsi üzrə tələbində 5979,20 AZN məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən MPM-nin 284-1 maddəsinə uyğun şəkildə verilmədiyindən sadələşdirilmiş icraat qaydasında baxıla bilməz və bu məsələ MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olaraq iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə əsasən geri qaytarılır. İş materiallarından olan xx.xx.2025-ci il tarixli,********** nömrəli qəbzdən görünür ki, iddiaçı “X3 Kredit Təşkilatı” ASC iddia ərizəsinin verilməsinə görə 79.80 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər və 79.80 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X3 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi, icraata qəbul edilməkdən imtina edilsin, ərizəyə əlavə olunmuş sənədlər və 79.80 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı “X3 Kredit Təşkilatı” ASC-ə MPM 149-cu maddəsinin tələblərinə uyğun olaraq iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar