Məhkəmə qərarları › İş №e-2(045)-1466/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1466/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1466/2024 20.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qаrşı “kreditin, faizlərin ödənilməsi” tələbinə dаir iddiаsı üzrə mülki işə, məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qаrşı “kreditin, faizlərin ödənilməsi” tələbinə dаir iddiа ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə mürаciət еdərək, cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-cü il tarixli 23/0719-100 saylı Kredit müqaviləsinin, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli, 23/0719- 101 saylı Kredit müqaviləsinin, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli, 23/0719-102 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı BOKT MMC-nin xeyrinə müştərək qaydada cavabdehlər Cavabdeh2 25447,20 manat, Cavabdeh3 26430,66 manat və Cavabdeh1 24806,43 manat, cəmi 76684,29 manat və ödənilmiş 321 manat dövlət rüsumun tutulması, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən 122.1 kv.m. ümumi sahədən, 60.6 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMC-yə olan kredit borcunun və ödənilmmiş dövlət rüsumunun əvəzinin ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 iyul 2019-cu il tarixli, 23/0719-100 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh2 oğluna 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. 01 iyul 2019-ci il tarixli 23/0719-101 saylı Kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh3 oğluna 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. 01 iyul 2019-ci il tarixli 23/0719-102 saylı Kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmiş və kreditlər - təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə ipoketa müqaviləsi bağlanmış və o, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən 122.1 kv.m. ümumi sahədən, 60.6 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi əsasında onu ipoteka ilə yüklü etməklə, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına ipoteka ilə təminat vermiş, İpoteka müqaviləsi xx.xx.2019- cı il tarixli ÇİXARİŞ-la ********** qeydiyyat nömrəsi, **********90- 10301 yüklü edilən əmlakın reyestr nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 191 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər ayın 01 tarixində həm kredit məbləğini Kreditora hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müqavilə öhdəliklərinin təmini üsulu kimi zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ilə iddiaçı arasında 01 iyul 2019-ci il tarixli 23/0719-Z-01 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər məsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdeh2 xx.xx.2022-ci il tarixə iddiaçıya 22488,71 manat əsas kredit borcu, 2958,49 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 25447,20 manat, Cavabdeh3 xx.xx.2022-ci il tarixə iddiaçıya 22526,71 manat əsas kredit borcu, 3903,95 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 26430,66 manat, Cavabdeh1 xx.xx.2022-ci il tarixə iddiaçıya 22138,79 manat əsas kredit borcu, 2667,64 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 24806,43 manat məbləğində borcu qalmaqdadır. Onlara dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixə olan hesablamalara görə cavabdeh-ipotekaqoyan Cavabdeh2 25447,20 manat, Cavabdeh3 26430,66 manat, Cavabdeh1 24806,43 manat borcu, cəmi 76684,29 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı BOKT MMC (Kreditverən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 01 iyul 2019-ci il tarixli 23/0719-102 nömrəli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir; İddiaçı BOKT MMC (Kreditverən) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış 01 iyul 2019-ci il tarixli 23/0719-100 nömrəli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir; İddiaçı BOKT MMC (Kreditverən) ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış 01 iyul 2019-ci il tarixli 23/0719-101 nömrəli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh3 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir; İddiaçı BOKT MMC-nin kreditin müştərinin bank hesabına köçürülməsi barədə sərəncamından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 hesabına 30000 manat, Cavabdeh2 hesabına 30000 manat və Cavabdeh3 hesabına 30000 manat məbləğində vəsait köçürülmüşdür; İddiaçı BOKT MMC (ipotekasaxlayan), Cavabdeh3 (borc alan), Cavabdeh1 (borc alan), Cavabdeh2 (ipoteka qoyan-borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 (ipoteka qoyan) ipoteka predmeti olan 0.06 ha xüsusi mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən 122.1 kv.m ümumi sahədən, 60.6 kv.m yaşayış sahəsində ibarət olan fərdi yaşayış evini ipotekaya qoymuş və ipotekaya qoyulmuş əmlak tərəflərin qarşılıqlı razılığı ilə 130000 (bir yüz otuz min) manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 122.1 kv.m yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 191 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 191 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; Hökümət Ödəniş Pоrtаlının xx.xx.2024-cü il tаriхli, 63469676 saylı mədахil qəbzindən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 321 mаnаt dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddiа təmin еdilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı BOKT MMC tərəfindən 01 iyul 2019-ci il tarixli 23/0719-102 nömrəli, kredit müqavilələrinə əsasən 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 (otuz min) manat, Cavabdeh2 01 iyul 2019-ci il tarixli 23/0719-100 nömrəli kredit müqavilələrinə əsasən 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 (otuz min) manat, Cavabdeh3 48 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 (otuz min) manat kredit verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmçinin borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşlər, lakin öhdəliklərini yerinə yetirməmişlər, bununla da müqavilələrin şərtlərini pozmuşlar və nəticədə bank qarşısında onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdırlar. Bundan başqa, Cavabdeh2 əsas öhdəliyin təminatı olaraq ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və üzərində yerləşən 122.1 kv.m fərdi yaşayış evini ipoteka qoymuşdur. İpotekaya qoyulmuş əmlak tərəflərin qarşılıqlı razılığı ilə 130000 (bir yüz otuz min) manat məbləğində qiymətləndirilmişdir; Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqavilələri üzrə üzərinə götürdükləri öhdəliyi vaxtında icra etməmişlər, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşdurlar. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, borclular və zaminlər öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşlar. Buna görə də, borclular və zaminlər cavabdeh kimi öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında birgə məsuliyyət daşımalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilələr üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 iddiaçının xeyrinə müştərək qaydada cəmi 76684,29 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın boşaldılması tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair); 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqavilələrinin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və üzərində yerləşən 122.1 kv.m fərdi yaşayış evini İddiaçı BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak tərəflərin razılığı ilə 130000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmişlər, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının müraciəti əsasında həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və üzərində yerləşən 122.1 kv.m fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti mübahisə olmadığına görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması götürülməklə, 130000 (bir yüz otuz) manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli 23/0719- 100 saylı kredit müqaviləsi, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli, 23/0719-101 saylı kredit müqaviləsi, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli, 23/0719-102 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı BOKT MMC xeyrinə müştərək qaydada ümumilikdə 76684,29 manat məbləğində əsas kredit bocu və ödənilmiş 321 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, tutma kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən 122.1 kv.m. ümumi sahədən, 60.6 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına 76684,29 manat məbləğində əsas kredit bocu və ödənilmiş 321 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı BOKT MMC-yə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilməlidir. Qeyd olanlara əsasən MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli 23/0719-100 saylı kredit müqaviləsi, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli, 23/0719-101 saylı kredit müqaviləsi, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 01 iyul 2019-ci il tarixli, 23/0719-102 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı BOKT MMC xeyrinə müştərək qaydada ümumilikdə 76684,29 manat məbləğində əsas kredit bocu və ödənilmiş 321 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Tutma kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən 122.1 kv.m. ümumi sahədən, 60.6 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına 76684,29 manat məbləğində əsas kredit bocu və ödənilmiş 321 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı BOKT MMC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 130000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar