Məhkəmə qərarları › İş №e-2(045)-1535/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1535/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1535/2024 08.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1603,50 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 422,60 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1596 manat məbləğində dəbbə pulu, cəmi 3622,10 manat borc və dövlət rüsumu kimi ödənilmiş 57 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 məxsus olan 1 (bir) ədəd televizor 600 manat dəyərində, 1 (bir) ədəd soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1603,50 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 422,60 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1596 manat məbləğində dəbbə pulu, cəmi 3622,10 manat manat borc və dövlət rüsumu kimi ödənilmiş 57 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00700-EGN nömrəli istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 4000 manat məbləğində kredit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tariхli, 2022/00700- EGN-Z1/1 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00700-EGN №-li girov müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan: 1 (bir) ədəd Televizor 600 manat dəyərində, 1 (bir) ədəd Soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifıhi və yаzılı хəbərdаrlıq оlunmаsmа bахmаyаrаq cаvаbdеh kredit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və hakim tərəfindən tədqiq edilmiş: "Finoko” BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00700-EGN nömrəli istehlak kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya illik 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 4000 manat məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüş, Cavabdeh2 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh1 məxsus olan 1 (bir) ədəd televizor 600 manat dəyərində, 1 (bir) ədəd soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyaları tərəflərin razılığı ilə qiymətləndirilmiş və girov qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, 1301 nömrəli “ödəniş tapşırıg”ından görünür ki, “Xalq Bank” tərəfindən Cavabdeh1 hesabına 4000 manat vəsait köçürülmüşdür; "Finoko” BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00700-EGN nömrəli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş borc haqqında arayışından müəyyən olunur ki, 24 iyul 2024-cü il tarixinə Cavabdeh1 banka 1603,50 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 422,60 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1596 manat məbləğində dəbbə pulu, cəmi 3622,10 manat kredit borcu vardır; “Express Pay” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, iddiaçı "Finoko” BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 57 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, "Finoko” BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00700-EGN nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 4000 manat manat məbləğində kredit verilmiş, Cavabdeh2 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə Cavabdeh1 24 iyul 2024-cü il tarixinə banka 1603,50 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 422,60 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1596 manat məbləğində dəbbə pulu, cəmi 3622,10 manat məbləğində borcu qalmışdır. Bundan başqa kredit müqaviləsi üzrə 1603,50 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus : 1 (bir) ədəd televizor 600 manat dəyərində, 1 (bir) ədəd soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəlmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Cavabdeh2 da əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslıdır, bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 1596 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və MM-nin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin: 269.1 və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər; 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır; 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur; 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Göründüyü kimi cavabdehlər öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da iddiaçının girov qoyulmuş predmetlərə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı hazırda daşınar əmlakların açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, girov müqaviləsi ilə təmin edilmiş öhdəlik borcalan və zamin tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2022-ci il tariхli, 2022/00700-EGN saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tələb girov qoyulmuş Cavabdeh1 məxsus olan 1 (bir) ədəd televizor 600 manat dəyərində, 1 (bir) ədəd soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilməli, həmin girov predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, girov predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehlərdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 40,46 manat məbləğində müəyyən edilməli və qalıq 16,54 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1603,50 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 422,60 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2046,1 manat borc pul və ödənilmiş 40,46 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Finoko” BOKT ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh1 məxsus olan 1 (bir) ədəd televizor 600 manat dəyərində, 1 (bir) ədəd soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1603,50 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 422,60 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2046,1 manat borc pul və ödənilmiş 40,46 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Finoko” BOKT ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh1 məxsus olan 1 (bir) ədəd televizor 600 manat dəyərində, 1 (bir) ədəd soyuducu 300 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 400 manat dəyərində olmaqla, cəmi 1300 manat məbləğində ev əşyalarına yönəldilsin, həmin əşyalar açıq hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar