Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1540/2024 20.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 621,57 manat qalıq borcun, 148,61 manat faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu, cəmi 1092,18 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borc üzrə 621,57 manat məbləğində qalıq, ona hesablanmış faiz 148,61 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu, cəmi 1092.18 manat borcun və 31 manat məbləğində pulun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə cavabdehlər Cavabdeh1 Cavabdeh2 bildiriş göndərilmiş,bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2002/00807-EGN nömrəli istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 2002/00807-EGN-Z1/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2002/00807-EGN nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyaları girov qoyulmuşdur. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 621,57 manat qalıq borcun, 148,61 manat faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu, cəmi 1092,18 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borc üzrə 621,57 manat məbləğində qalıq, ona hesablanmış faiz 148,61 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu, cəmi 1092.18 manat borcun və 31 manat məbləğində pulun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2002/00807-EGN nömrəli istehlak kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 2002/00807-EGN-Z1/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2002/00807-EGN nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyaları girov qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 621,57 manat qalıq borcu, 148,61 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu borcu, cəmi 1092,18 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən dövlət rüsumu kimi 31 manat ödənilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə 1092.18 manat borcu olduğunu və həmin müqavilə üzrə olan şərtlərini icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi qismən təmin edilməlidir. Belə ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2002/00807-EGN nömrəli istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 2002/00807-EGN-Z1/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2002/00807-EGN nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyaları girov qoyulmuşdur. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin əmlaka yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasını, onun götürülməsini, eləcə də satılmasını əhatə etdiyindən, həmçinin əmlakın satılması məhkəmə qətnaməsinin icrası mərhələsində həyata keçirilməli olduğundan iddia tələbinin Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyalarının açıq hərracda satılmasına dair hissəsi hazırki mərhələdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 621,57 manat qalıq borc, 148,61 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu, cəmi 1092,18 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh1 məxsus olan 1 ədəd televizor 600 manat dəyərində, 1 ədəd mebel dəsti 500 manat dəyərində, 1 ədəd qaz peçi 200 manat dəyərində, 1 ədəd soyuducu 100 manat dəyərində olmaqla, cəmi 1400 manat məbləğində ev əşyalarına yönəldilməli, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 621,57 manat qalıq borc, 148,61 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 322 manat dəbbə pulu, cəmi 1092,18 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan 600 manat dəyərində 1 ədəd televizor, 500 manat dəyərində 1 ədəd mebel dəsti, 200 manat dəyərində 1 ədəd qaz peçi, 100 manat dəyərində 1 ədəd soyuducu olmaqla, cəmi 1400 manat məbləğində ev əşyalarına yönəldilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №e-2(045)-1540/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1540/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver