Məhkəmə qərarları › İş №e-2(045)-1541/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1541/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1541/2024 08.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1975 manat əsas borcun, 1055.36 manat faiz borcunun, ümumilikdə 3030.36 (üç min otuz manat otuz altı qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50.31 (əlli manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X10 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********67 nömrəli xx.xx.2021-ci il tarixli X14 Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən borc alana 36 ay müddətinə illik 24 faiz olmaqla 12000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borcalan xx.xx.2022-ci il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Goranboy rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X6 miras əmlakına dair miras payı əldə etməsi barədə Cavabdeh1 qızma, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik işi açılmışdır. Bankın xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən X6 Müqavilə üzrə Banka ödənilməmiş 1975 manat əsas, 1055.36 manat müqavilə müddətində ödənilməmiş faiz borcu olmaqla, cəmi 3030.36 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəfərov X5 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, məxaric orderi və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və hakim tərəfindən tədqiq edilmiş: Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş “maliyyə arayış”ından görünür ki, X7 banka 1975 manat əsas borcun, 1055.36 manat faiz borcunun, ümumilikdə 3030.36 (üç min otuz manat otuz altı qəpik) manat kredit borcu vardır; Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 270704 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə “baş beynin diffuz travması” səbəbindən ölmüşdür; “Elektron Notariat” X1 çıxarışından görünür ki, ölmüş şəxs (miras qoyan) X6 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. (əmlakın təsviri Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-82265/2023 nömrəli məktubu nəzərə alınmaqla mərhum X6 vərəsələrinə ödənilməli olan “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari sığorta haqqında” Azərbaycan Respublikasınınq qanunu ilə müəyyən edilmiş 86523 manat sığorta məbləğindən ibarətdir); X9 xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 50,31 manat məbləğində dövlət rüsumu ödəmiş və bu məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat məbləğində bank xərci tutulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********67 nömrəli X14 Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 12000 manat məbləğində kredit verilmişdir. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X6 X14 Müqaviləsinə əsasən qalıq borcu 1975 manat əsas, 1055.36 manat faiz, ümumilikdə 3030.36 (üç min otuz manat otuz altı qəpik) manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından iddiaçı tərəfindən verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X6 vərəsələridir və onlara vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə "Borcalan" X3" "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə" müqavilə şərtlərini pozmuşdur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırki iddia tələbində isə iddiaçı bank tərəfindən X4 qalmış mirası Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəbul etməsi müəyyən edildikden sonra cavabdeh X6 vərəsələri olan arvadı Cavabdeh1, uşaqları Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırsa da, vərəsələr Cavabdeh1 və uşaqları Cavabdeh2 və Cavabdeh3 tərəfindən miras əmlakın hansı həcmdə qəbul edilməsi iş materialları ilə müəyyən edilsə də, onun başqa miras əmlaklarının olmaması tam müəyyən deyildir. X2 miras qalmış miras əmlakın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul edildiyi müəyyən edilsə də, miras qoyanın öldüyü məqamadək mövcud olan əmlak hüquqlarının (miras aktivi) həcmi və həmin miras əmlakın vərəsələr tərəfindən hansı həcmdə qəbul edilməsinin müəyyən edilməsi iş materialları ilə tam müəyyən edilməmişdir. Məhkəmə yaranmış borcun digər cavabdehlərdən, yəni Cavabdeh2n və Cavabdeh3 tutulması hissəsində qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmamış şəxslər olsalar da, mülki hüquq münasibətlərinin subyektləri qismində hüquq qabiliyyətlidirlər və hüquq münasibətlərinin müstəqil subyektidirlər. Nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs doğulduğu andan hüquq və vəzifələrə malikdir. Bu səbəbdən, yetkinlik yaşına çatmayan şəxslərin mülki iş üzrə cavabdeh qismində çıxış etmələri yolverilən olmaqla qanunidir. Lakin, tam fəaliyyət qabiliyyətli olmadıqlarından münasibətlərə qanuni təmsilçiləri (valideyn, qəyyum, himayəçi və s.) vasitəsilə daxil olurlar. Bu səbəbdən, onların öhdəlikləri qanuni nümayəndələri Cavabdeh1 vasitəsilə həyata keçirilməlidir MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, onun övladları Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndələri Cavabdeh1 vasitəsi ilə 1975 manat əsas borc, 1055.36 manat faiz borc, ümumilikdə 3030.36 (üç min otuz manat otuz altı qəpik) manat kredit borcu, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50.31 (əlli manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının əvəzi iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulmalıdır Qeyd olunanlara əsasən və MPM-in 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, onun övladları Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndələri Cavabdeh1 vasitəsi ilə 1975 manat əsas borc, 1055.36 manat faiz borc, ümumilikdə 3030.36 (üç min otuz manat otuz altı qəpik) manat kredit borcu, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50.31 (əlli manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının əvəzi iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar