Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1548/2025 21.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat borcun, 35 (otuz beş) manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 7 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhər sakinidir və 1-ci qrup gözdən əlildir. Cavabdeh oğlu Yasinin vasitəsilə tanımışdır. xx.xx.2024-cü il tarixdə oğlu vasitəsi ilə tanıdığı Azər avtomobili nasaz olduğu üçün ondan 600 manat borc istəmişdir. Sonra isə təkrar ayın 13-ü 300, ayın 18-i isə 550 manat borc pul istəmişdir. Ümumilikdə 1450 manat pulu Azərə vermişdir. Hətta Azər borcun müqabilində ona mobil telefonunu və ona plastik kart vermiş, bildirmişdir ki, hər ay borclu olduğu pulu kartdan çıxarar. Demək bu şəxs onu əlilliyindən istifadə edərək, aldatıbmış, ümumiyyətlə kartda pul yox imiş. Bir neçə dəfə Azərlə əlaqə saxlayıb, borcunu ödəməyi təklif etmişdir. Dəfələrlə müraciət edib, söhbət etməklərinə baxmayaraq, müxtəlif bəhanələrlə 1450 (bir min dörd əlli) manat borcunu ödəməkdən yayınmışdır. Bununla bağlı Polis şöbəsinə müraciət etmiş, tədqiqat zamanı Azərlə əlaqə saxlanılmış, o, həqiqətən də ondan 1450 manat borc aldığını etiraf etmişdir. Polis şöbəsindən ona bildirmişdirlər ki, 1450 manat pul tələbi ilə bağlı mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Ona görə də borcunu ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir və məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir ŞPŞ-nin “cinayət işi başlanmaslnln rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Cavabdeh istifadəsində olan ***- ***-**-** və ***-***-**-** mobil nömrələr ilə əlaqə saxlayıb Mingəçevir ŞPŞ-yə izahat verməsi üçün dəvət edilsə də, Cavabdeh Bakı şəhərində olduğunu, İddiaçı ümumilikdə 1450 manat borca pul aldığını, ancaq Mingəçevir ŞPŞ-yə gələrək bu barədə izahat verə bilməyəcəyini bildirmişdir; “DVD” diskə baxışdan görünür ki, Cavabdeh İddiaçı ilə həyata keçirdiyi telefon danışığında sonuncuya borcu olduğunu etiraf etmişdir; xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 34,50 (otuz dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; Notarial qaydada təsdiq edilmiş sənədlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən 7 (yeddi) manat miqdarında rüsum ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci mаddəsinə əsаsən bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pоzuntusu üçün məsuliyyət dаşıyır; 448.4-cü mаddəsinə əsаsən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi əsasında öhdəlik hüquq münasibəti yaranmış, belə ki, cavabdeh şifahi əqd əsasında iddiaçıya olan 1450 (bir min dörd yüz əlli) manat məbləğində borcunu qısa müddətdə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya olan borcunun geri qaytarılmasına və əqdin etibarsız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 35 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 34,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 7 manat məbləğində rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1450 (bir min dörd yüz əlli) manat borc pul, ödənilmiş 34,50 (otuz dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 7 manat rüsumun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1450 (bir min dörd yüz əlli) manat borc pul, ödənilmiş 34,50 (otuz dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 7 manat rüsumun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1548/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1548/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver